Bağlanan bankın kartında qalan maaşların taleyi necə olacaq?

Bağlanan bankın kartında qalan maaşların taleyi necə olacaq?

Bankların bağlanması sözügedən maliyyə qurumundan aylıq məvacib almış vətəndaşların kartlarındakı pulların aqibətini  gündəmə gətirib. Əslində isə vətəndaşın bank kartında qalan aylıq məvacibi də sığortalanan əmanətlərə daxildir. Yəni həmin hesabdakı məbləğ Əmanətlərin Sığortalanması Fondu tərəfindən sığortalanmış vəsait sayılır.

Sfera.az anspress-ə istinadən bildirir ki, əgər vətəndaş öz əməkhaqqını bank bağlanana qədər kartdan çıxara bilməyibsə, həmin məbləğ fond tərəfindən vətəndaşa kompensasiya olunmalıdır.

"Ümumiyyətlə vətəndaşın istənilən bankda pulu varsa, 30 mindən yuxarı deyilsə və 12%-dən çox faiz dərəcəli deyilsə, demək, həmin pul sığortalanıb. Həmin məbləğ fond tərəfindən ödənilməlidir. Nəzərə alsaq ki, əməkhaqlarına faiz gəlmir və ümumiyyətlə məbləği də 30 min böyük ehtimalla ötmür, demək, vətəndaş pulunu fonddan qanunla tələb edə bilər", - deyə Vəkillər Kollegiyasının üzvü Əkrəm Həsənov bildirib.   

Azərbaycanda bir neçə bankın lisenziyası ləğv edilib, bəziləri isə birləşmək qərarına gəlib. Artıq əmanətlərin sığortalanması fondu qorunan əmanətlərin qaytarılmasına başlayıb.


OXŞAR XƏBƏRLƏR

"Qalatasaray"dan İkardinin həbsi ilə bağlı AÇIQLAMA

17:31   "Qalatasaray" klubunun ulduz futbolçusu Mauro İkardi Vanda Naranın şikayətindən sonra polis tərəfindən saxlanılıb.   Sfe...

Sumqayıtda pomidor turşusundan zəhərlənən qadın xəstəxanada öldü

Sumqayıtda pomidor turşusundan zəhərlənən qadın xəstəxanada ölüb.   Sfera.az məlumat verir ki, hadisə Ceyranbatan bağları ərazisində qeydə alınıb. ...

Rubio: ABŞ sülhə güc yolu ilə nail olacaq

ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın rəhbərliyi altında Amerika sülhü güc yolu ilə təmin edəcək və həmçinin hər şeydə öz maraqlarına əməl edəcək. ...

Hikmət Hacıyev Jozep Borrellə CAVAB VERDİ

Avropa İttifaqının "bağ", dünyanın qalan hissəsinin isə "cəngəllik" kimi təsvir edilməsi son dərəcə təəssüf doğurur. Bu bəyanat müstəmləkə d...

Qaradərili uşaq dünyaya gətirən qadın çarəsiz vəziyyətə düşüb - FOTO

Çinli bir qadın qaradərili uşaq dünyaya gətirib. Atası ilk dəfə gördüyü körpəyə çaşqınlıqla baxıb, hətta onu qucağına götürməkdən belə imtina edib.  &nb...

"Dövlətimizə qarşı çirkin kampaniyalar aparanların cəhdləri boşa çıxdı” — ATXƏM sədri

“Bu günlər Bakı COP-un 29-cu sessiyasına, Paris razılaşmasının tərəflər görüşünün 6-sı sessiyasına ev sahibliyi edir. BMT-nin Baş katibi Antonio Quterreşi...