Azərbaycanlı Rusiyada vəfat etdi

Cəmiyyət
13:10 / 04.11.2019
1412
Rusiyada işləməyə gedən Qusar sakini ölüb.
Sfera.az xəbər verir ki, oxu.az-ın bölgə müxbiri xəbər verir ki, hadisə Dərbənd şəhərində qeydə alınıb.
Qusar şəhər sakini Ramin Xosrovov tikintidə işləyərkən ehtiyatsızlıqdan binanın yeddinci mərtəbəsindən yıxılıb.
Nəticədə, o, aldığı xəsarətlərdən hadisə yerində ölüb. Mərhumun meyiti doğulduğu Qusar şəhərinə gətirilib.
Faktla bağlı araşdırma aparılır.