Sumqayıtda süpürgəçi qadını maşın vuraraq öldürüb

Hadisə
19:45 / 03.11.2019
7059
Sumqayıt şəhərində süpürgəçi qadını maşın vuraraq öldürüb.
Sfera.az xəbər verir ki, olay şəhərin Sahil küçəsində baş verib.
Belə ki, Sumqayıt şəhər Təmizlik Departamentinin süpürgəçisi, 1979-cu il təvəllüdlü Şəbiyeva Həcər Səbər qızı küçəni təmizləyən zaman qarşı tərəfdən gələn nəqliyyat vasitəsi onu vurub.
Qadın aldığı xəsarətlərdən hadisə yerində keçinib.
Meyit müayinə olunması üçün aidiyyatı üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır (Report)