Bakıda güclü külək zamanı gənc oğlanın başına dam örtüyü düşüb

Bakıda güclü külək zamanı gənc oğlanın başına dam örtüyü düşüb
Bakının Nərimanov rayonunda bədbəxt hadisə zamanı 1 nəfər ağır xəsarət alıb.

Sfera.az APA-ya istinadla xəbər verir ki, hadisə Təbriz küçəsində baş verib.

1996-cı il təvəllüdlü Ağayev Fikrət Allahverdi oğlu marketə girmək istəyən zaman onun üzərinə dam örtüyü düşüb.

F.Ağayev açıq kəllə-beyin travması diaqnozu ilə 1 saylı Xəstəxanaya yerləşdirilib. Həkimlər onun vəziyyətini orta ağır kimi qiymətləndirir.

OXŞAR XƏBƏRLƏR