Moskvadan Bakıya uçan təyyarə təcili eniş etdi

Hadisə
14:42 / 02.11.2019
2598
Moskva-Bakı reysini həyata keçirən təyyarə Rusiyanın paytaxtındakı ehtiyat aerodromda eniş edib.
Sfera.az xəbər verir ki, buna səbəb təyyarənin qabaq şüşəsində yaranmış nasazlıq olub. İnsident noyabrın 1-də baş verib.
Hava gəmisi "Azərbaycan Hava Yolları”na aid olub.
Şirkətdən saytımıza verilən açıqlamada bildirilib ki, insidentdən sonra Bakıdan Moskvaya əlavə təyyarə göndərilib və həmin hava gəmisi sərnişinləri Bakıya çatdırıb. (oxu.az)