Vasif Məhərrəmli efirdə dava saldı

Maqazin
16:20 / 01.11.2019
2202
Əməkdar artist Vasif Məhərrəmli Xəzər televiziyasında dava salıb.
Sfera.az xəbər verir ki, mühafizəçi "5/5" proqramında qonaq olan ifaçıdan telefonu təhvil verdikdən sonra canlı yayıma qatılmasını tələb edib.
Vasif Məhərrəmli telefonu vermək istəməyib və səs-küy salıb. "Get gözətçiliyini et", - deyə ucadan qışqıraraq etiraz edib.
Zaur Kamal çəkilişə gələn hər kəsin telefonu mühafizəçiyə təhvil verməli olduğunu bildirib.
Həmin görüntüləri təqdim edirik: (yeni sabah)
Y