Elçin Quliyev tanınmış aparıcını medalla təltif etdi - FOTO

Elçin Quliyev tanınmış aparıcını medalla təltif etdi - FOTO
 

ATV telekanalının Xəbərlər Departamentinin Baş redaktoru Vaqif Aydınoğlu medal alıb.  

Sfera.az  xəbər verir ki, tanınmış aparıcı Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyevin əmri ilə "Azərbaycan Dövlət Sərhəd Mühafizəsinin 100 illiyi (1919-2019) Azərbaycan Respublikasının yubiley medalı" ilə təltif olunub.

V.Aydınoğlu bu barədə sosial şəbəkədə məlumat verib və Elçin Quliyevə minnətdarlığını bildirib:

"Dövlət Sərhəd Xidmətinin rəisi, cənab general-polkovnik Elçin Quliyevə minnətdaram xüsusi diqqətə görə. Dövlətimizin əsgəriyik. Yaşasın müstəqil Azərbaycan!”


OXŞAR XƏBƏRLƏR