Bakıda iki avtobus toqquşdu, yaralılar var

Hadisə
15:27 / 31.10.2019
1219
Bakıda iki sərnişin avtobusunun toqquşması nəticəsində 7 nəfər xəsarət alıb.
Sfera.az bildirir ki, olay nəticəsində xəsarət alan 7 nəfər xəstəxanada müayinə olunandan sonra ambulator müalicəyə buraxılıblar.
Xatırladaq ki, hadisə bu gün paytaxtın Sabunçu rayonu, Ramana yolunda baş verib.
49 və 106 saylı sərnişin avtobuslarının toqquşması nəticəsində 7 nəfər yaralanıb.