La Liqada qol vurmadığı komanda qalmadı

İdman
20:13 / 30.10.2019
3938
İspaniya La Liqasının 11-ci turunda "Valyadolid"lə keçirilən oyun (5:1) "Barselona"nın hücumçusu Luis Suares üçün əlamətdar olub.
Sfera.az qol.az-a istinadən xəbər verir ki, komandasının 5-ci qolunu vuran futbolçu, bununla da, La Liqada qarşılaşdığı bütün rəqiblərin qapısına yol tapmağı bacarıb.
Uruqvaylı futbolçu İspaniya çempionatında qarşılaşdığı 27 komandadan yalnız "Valyadolid"ə qol vura bilməmişdi.
Qeyd edək ki, 2014-cü ildə "Liverpul"dan "Barselona"ya transfer olunan Suares, bu mövsümd Kataloniya klubunun heyətində keçirdiyi 11 oyunda 8 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.