2 dəqiqəyə görə 800 manat cərimə

İdman
14:17 / 30.10.2019
1756
Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.
Sfera.az xəbər verir ki, toplantıda Azərbaycan Premyer Liqasının 9-cu turunda baş verənlər müzakirə olunub.
İntizam Komitəsi yalnız "Keşlə”ni cəzalandırıb. "Keşlə” – "Qəbələ” matçı klubuna görə 2 dəqiqə gec başladığı üçün klub 800 manat cərimə olunub.
Xatırladaq ki, oyun meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.