Tikinti şirkətləri inşa etdiyi mənzillərin 10 faizini niyə BŞİH-nə verməlidir? – Ekspert etiraz edir

Tikinti şirkətləri inşa etdiyi mənzillərin 10 faizini niyə BŞİH-nə verməlidir? – Ekspert etiraz edir
 

"Mövcud qanunvericiliyə istinad etsək, BŞİH-nin tikinti şirkətlərindən inşa etdiyi mənzillərin 10 faizini alması qanuna ziddir”.


Sfera.az-a açıqlamasında bu sözləri Bakıda tikinti şirkətlərinin inşa etdiyi binalardakı mənzillərin 10 faizini Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamına verməsinə münasibət bildirərkən "NBA Konsaltinq” Şirkətinin rəhbəri Nüsrət İbrahimli deyib.


Nüsrət İbrahimlinin sözlərinə görə həmin məqam qanunauyğun proses olmadığından ya tamamilə aradan qaldırılmalı, ya da öz əksini qanunvericilikdə tapmalıdır:

 

"Sovet dönəmində müəssisə və təşkilatlar torpaq ayrılması və öz işçiləri üçün mənzil tikintisi üçün Bakı Şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinə müraciət edirdi. Ayrılan bu torpaq sahəsinin əvəzinə də müəssisə tikdiyi mənzil sayının 10 faizini Baksovetin sərəncamına verirdi. Çünki Baksovetdə təqaüdçülər, güzəştli əhali kateqoriyası, ölkə qarşısında xüsusi xidmətləri olan insanlar mənzil növbəsinə dururdu. Həmin növbəni təmin etmək üçün də Baksovet müəssisələrdən həmin mənzilləri alırdı. Qanunvericilikdə bu amil öz əksini tapmasa da, həmin ənənə indi də qalır”.

 

Şirkət rəhbəri BŞİH-yə çıxış yolu olaraq özlərinin yaşayış binaları tikmələrini tövsiyyə etdi: "Yaxşı olar ki, BŞİH özü bina tiksin. Yaxud da hər hansı bir torpaq sahəsi ayırıb bina tikintisi üçün tender elan etməklə özündə ev növbəsinə dayanan insanları mənzillə təmin etsin. Yəni proses qanunvericiliyə qalsa, bu formada öz həllini tapmalıdır”.

 

Elçin


OXŞAR XƏBƏRLƏR