“Qəbələ” keçmiş legionerini qaytardı – RƏSMİ

İdman
12:10 / 30.10.2019
1899
"Qəbələ" daha bir transfer həyata keçirib.
Sfera.az bildirir ki, Azərbaycan Kubokunun son qalibi keçmiş legioneri İbrahima Niasseni yenidən heyətinə qaytarıb. 31 yaşlı yarımmüdafiəçi ilə bağlanan müqavilənin detalları hələki məlum deyil. O, komandada ilk məşqinə də çıxıb.
Xatırladaq ki, seneqallı futbolçu 2013/14 mövsümündə "Qəbələ”də çıxış edib. Meydanda olduğu 29 matçda 1 qola imza atıb.