Oğuzda mağaza sahibi bazarda öldü

Oğuzda mağaza sahibi bazarda öldü
 

Oğuz rayonunda 78 yaşlı mağaza sahibi bazarda dünyasını dəyişib.

Sfera.az xəbər verir ki, hadisə "Oğuz Mərkəzi Bazar" MMC-də baş verib.

Ticarət Mərkəzində toxum satışı ilə məşğul olan mağazanın sahibi, 1941-ci il təvəllüdlü Fərəc Fərəcovun halı qəfil pisləşib.

Hadisə yerinə Təcili Tibbi Yardım Briqadası çağırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

F.Fərəcov mağazada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır. (Trend)


OXŞAR XƏBƏRLƏR