Vilayət Eyvazov tanınmış polkovniki vəzifədən azad etdi
12:42 / 28.10.2019
4990
Daxili İşlər Naziri, general-polkovnik Vilayət Eyvazov kadr islahatı ilə bağlı daha bir əmr imzalayıb.
Sfera.az-ın qafqazinfo-ya istinadla verdiyi xəbərə görə, nazirin bir müddət əvvəl imzaladığı əmrlə nazirliyin Baş İstintaq və Təhqiqat İdarəsinin rəis müavini, polkovnik Canpolad Daanov tutduğu vəzifəsindən azad edilərək DİN-in Polis Akademiyası rəisinin birinci müavini vəzifəsinə təyin olunub.
C.Daanov daha əvvəl Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (Bandotdel) İstintaq Şöbəsinin rəisi olub.