Ötən il təyyarələrin salonlarında 6,1 mln. ton tullantı yaranıb

Ötən il təyyarələrin salonlarında 6,1 mln. ton tullantı yaranıb
 

Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) hesablamalarına görə, 2018-ci ildə təyyarələrin göyərtələrində təxminən 6,1 mln. ton tullantı əmələ gəlib. Əvvəlki ildə isə bu göstərici 2018-ci ilə nisbətən 7% az – 5,7 mln. ton olub.

"APA-Economics"in IATA-ya istinadən verdiyi məlumata görə, dünyada sərnişin axınının artması şəraitində avialaynerin salonunda əmələ gələn tullantıların həcmi əhəmiyyətli dərəcədə artacaq. Belə ki, aşağı büdcəli aviadaşıyıcıların sayı artdıqca və turizm inkişaf etdikcə növbəti onillikdə bu rəqəm iki dəfə artacağı proqnozlaşdırılır.

IATA tərəfindən keçirilmiş araşdırma onu göstərib ki, tullantıların 23%-dən çoxu istifadə olunmamış ərzaq və içki məhsullarından ibarətdir və bu da iaşə bazarında 15 mln. ABŞ dollarlıq itki deməkdir. Bundan əlavə, hər il təxminən 1,3 mlrd. ton ərzaq məhsulları sadəcə atılır ki, bu da bütün mövcud ərzaqların üçdə birini təşkil edir. Hesabata əsasən, qəzetlər, kağız qablar, plastik stəkan və çəngəl-bıçaqlar bortdakı tullantıların 17%-ni təşkil edir. Sərnişinlər həmçinin ədyal və yastıqlardan, birdəfəlik qulaqlıqlardan, eyni zamanda xırda tualet və kosmetik vasitələrdən qalan plastik qablaşdırmaları da təyyarədə qoyurlar.

 

IATA-da başqa bir problemin mövcudluğunu da qeyd ediblər – əksər hallarda təyyarənin salonundakı tullantıları sadəcə toplayıb və sonradan çeşidləyib və emal etmək mümkün olmur. Belə ki, bir çox ölkələrdə ciddi təhlükəsizlik və əməyin mühafizəsi qaydaları tətbiq olunduğu üçün bu, bir çox hallarda təyyarənin salonundakı tullantıları birbaşa olaraq tullantıların yandırılması zavodlarına göndərilir.

"Təyyarələrin salonlarında tullantı problemini həll etmək məqsədilə biz aviaşirkətlərə bir çox tövsiyələr verdmişik. Lakin aviaşirkətlər bu problemi özləri həll edə bilməzlər", - deyə  IATA-nın Aviasiya mühiti üzrə direktoru Maykl Gill bildirib.


OXŞAR XƏBƏRLƏR

Türkiyədə ruslarla bağlı problem: dövlət hərəkətə keçdi

Türkiyədə rusiyalı turistlərin köhnə dolları dəyişdirməsi ilə bağlı problem yaşanıb.   Sfera.az xəbər verir ki, bu barədə RİA Novosti öz mənbələ...

Prezidentlərin təkbətək görüşü BAŞLADI

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevlə təkbətək görüşü başlayıb.   Sfera.az&n...

Ödənişli yolda qəza: biri vurdu, digərləri üstündən keçdi...

Bakı-Quba-Rusiya ilə dövlət sərhədi ödənişli avtomobil yolunda ölüm hadisəsi baş verib.   Sfera.az Oxu.az-a istinadən xəbər verir ki, iyulun 1-i səhə...

Serj Sarkisyana qarşı rüşvət almaq ittihamı irəli sürüldü

Ermənistanın 3-cü prezidenti Serj Sarkisyana qarşı rüşvət almaq və qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq ittihamı irəli sürülüb.   Sfera.a...

Rusiyada döyülən azərbaycanlı qadın: “Mənə təxribatçı suallar verdilər” - VİDEO

Rusiyanın Yekaterinburq şəhərində restoranda çalışan azərbaycanlı qadın "KRİK-TV"nin əməkdaşının hücumuna məruz qalıb. Belə ki, televiziya əməkdaşı Al...

Günvurma bu şəxslər üçün risklidir - AÇIQLAMA

Yay aylarının ən çox rast gəlinən sağlamlıq problemlərindən biri günvurmadır. Bu zaman bədənin istilik tənzimi pozulur, daxili orqanlarda zədələnmələr baş verə ...