Gəncədə yaşayış binasında partlayış baş verib

Hadisə
11:49 / 26.10.2019
1801
Gəncədə yaşayış evində partlayış olub.
Sfera.az xəbər verir ki, APA-nın yerli bürosunun məlumatına görə, şəhərin İsaq Cəfərov küçəsində yerləşən 12-ci binada partlayış baş verib. Hadisə zamanı xəsarət alan olmayıb. Partlayışa qaz sızmasının səbəb olması bildirilir.
Faktla bağlı araşdırma aparılır.