Fitnesin hansı növləri insanı cavanlaşdırır?

Fitnesin hansı növləri insanı cavanlaşdırır?

Özünüzü bir neçə yaş cavanlaşdırmaq üçün bir tək kosmetoloq və ya plastik cərraha müraciət etməklə deyil, həmçinin fitnesslə məşğul olaraq da etmək mümükündür.

Fitnes - qocalma əlamətlərinin mübarizəsində ən yaxşı müttəfiq sayılır. Buna səbəb , onun  bütün orqanizmi əhatə etdiyinə görə sağlamlığa çox xeyirli olmasıdır.Fitnesin isə bir çox növləri olduğundan əldə etmək istədiyiniz nəticə  sizin məqəsədinizdən asılıdır.

Məqsəd: orqanizmin bütün sistemlərini cavanlaşdırmaq

Güc sərf olunan məşğələlərdən əzələlərdə  yaranan gərginlik orqanizm tərəfindən stress kimi qəbul olunur, orqanizmin buna olan təbii reaksiyası isə hormonların intensiv atılmasıdır. Məhz hormonların olmaması isə qocalma prosesini tezləşdirir. Bu maddələr olduğu halda orqanizm yaxşı  işləyir, bu da dərinin elastikliyi və saçların parlaqlığı ilə özünü göstərir. Əsas cavanlaşdıran hormonlar endorfin, serotonin, tetesteron və boy artma hormonu somatotropin sayılır.

Bu prosesdə ən çox yer tutan hormon, hüceyrələrin regenerasiyasına ayrılan boy artma hormonudur. Somatotropin - hüceyrələrin qocalması ilə aktiv mübarizə aparır. Lakin, 30 yaşdan sonra orqanizm onu lazımı miqdarda istehsal etmədiyinə görə qocalma prosesi aktiv olaraq güclənir.

Əgər bu hormonun azlığını hiss etmiriksə, endorfin hormonunun azlığını əhvalın pisliyi ilə çox aydın hiss etmək olar. Bu emosiyalar isə hər bir insanı bir neçə yaş qoca göstərə bilirlər. Əlbəttə ki endorfinin səviyyəsini şokolad yeməklə qaldırmaq olar.Lakin məşğələlədən bu hormonu almaq daha xeyirlidir. Belə ki, şirnidən aldığımız həzz yalnız 40-50 dəqiqə olduqda, məşqdə əldə olunan nəticə ondan  isə daha çox olacaq.

Həmçinin serotonin adlı xoşbəxtlik hormonu haqda da unutmayın. Belə ki, məşğələ zamanı onun istehsalı tezləşir, o isə depressiya və stressin qarşısını alır.

Məqsəd: ürək  və damarları gücləndirmək

Gəzinti və qaçış bizə bərabər intensiv kardioyüklənməni təmin edərək, infarktın təhlükəsini azaldaraq, ürək-damar sistemini gücləndirir. Bundan əlavə gəzinti və qaçış - arıqlamağa kömək edir, oynaq və əzələləri məşq etdirir, düz qaməti təmin edir, qanı oksigenlə zənginləşdirir və maddələr mübadiləsini aktivləşdirir.

Məqsəd: qadın sağlamlığını möhkəmlətmək və həyəcandan xilas olmaq

 

Yoqa. Heç müşahidə etmisiz ki, yoqa instruktorları hər zaman öz yaşlarından daha cavan görsənirlər? Bunun başlıca səbəbi düzgün tənəffüs, oynaq və bel sümüyünə olan mötədil yüklənmədir. Yoqa ilə məşğul olmaq diqqət konsentrasiyası ilə stressdən azad edir. Bu rasional tənəffüs sayəsində olur ki, o, orqanizmə oksigenin  daha çox daxil olmasını təmin edir. Kapilyarların düzgün işləməsi üçün edilən məşğələlər onların oksigeni daxili orqanlar və hüceyrələrə çatmasına kömək edirlər. Bu isə dərinin möhkəmliyi və dərini rəngini gözəl olmasın təmin edir.

Məqsəd: dərinin vəziyyətinin  yaxşılaşdırılması

Üzgüçülük ilə məşğul olmaq əzələ və bel sümüyünə, antiselüllit, qan dövranını yaxşılaşdıran massaj seanslarını əvəz edə bilir. Bel sümüyü və oynaqlara təsir etməyən yüklənmə travma və zədələnmələri aradan qaldırır. Su ilə təmas isə mikrosirkulyasiyanı yaxşılaşdırıraraq,dərinin elastikliliyini artırır.Tezləşən limfaaxını  metobolizmin bir çox məhsullarını xaric edərək, hüceyrələrin bərpa olunmasını tezləşdirir.

Məqsəd: qırışlardan azad olmaq

Feysbilding - Bu prosedur həm qırışlardan, həmçinin əzələ sıxlaşmalarından azad olmaq üçün istifadə edilir. Bu kimi problemlərdən azad olmaq üçün üzü tam rahatlamaq və lazımı əzələləri  məşq etdirmək lazımdır. Bu kimi hərəkətləri  həfətədə 3 dəfə requlyar etmək lazımdır.

Mütəxəssislər həmçinn daha çox su içməyi tövsiyə edirlər, belə ki, su dərini daha elastik edir və xırda qırışların yaranmasının qarşısını alır.(milli.az)


OXŞAR XƏBƏRLƏR

Beşbarmaqda BƏDBƏXT HADİSƏ – Paraşütçü yerə çırpıldı

Siyəzən rayonunun Zarat kəndi ərazisində bədbəxt hadisə baş verib.   Sfera.az Bizim.Media-ya istinadən xəbər verir ki, Beşbarmaq dağından havala...

Rusiya Odessanı vurdu

Rusiya ordusu Ukraynanın Odessa şəhərinə növbəti dəfə dron zərbəsi endirib.   Sfera.az xəbər verir ki, hücum nəticəsində azı bir nəfər həlak olu...

“Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi çərçivəsində 96 kq işlənmiş batareya təhvil verilib

İstifadəyə yararsız elektrik batareyalarının düzgün çeşidlənməsi və ekoloji cəhətdən təhlükəsiz şəkildə zərərsizləşdirilməsi məqsədilə Ekologiya və Təbii Sərvət...

"Biz ABŞ-yə necə etibar edəcəyik?" - Pezeşkian

“Tehran ABŞ-lə danışıqları bərpa etməyə hazırdır”.   Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İran Prezidenti Məsud...

Bu rayonda əməliyyat keçirildi - Saxlanılanlar var

Sabunçu rayonunda soyğunçuluq hadisəsi baş verib.   DİN-in Mətbuat Xidmətindən Sfera.az-a verilən məlumata görə, iki naməlum şəxs zərərçəkənin 3000 m...

Pezeşkian İsrailin ona sui-qəsd cəhdi etdiyini açıqladı

İsrail hakimiyyəti İran Prezidenti Məsud Pezeşkiana qarşı sui-qəsd cəhdi edib.   Sfera.az xəbər verir ki, bu barədə İran prezidenti Taker Karlso...