Çempionlar Liqasında turun oyunçusu açıqlanıb
İdman
14:59 / 25.10.2019
2398
Çempionlar Liqasında qrup mərhələsinin üçüncü turunun ən yaxşı futbolçusu açıqlanıb.
Sfera.az bildirir ki, UEFA-nın azarkeşlər arasında keçirdiyi səsvermənin nəticələrinə əsasən Rahim Sterlinq turun oyunçusu seçilib.
"Mançester Siti”nin 24 yaşlı hücumçusu "Atalanta” ilə görüşdə (5:1) üç qol vurmaqla fərqlənib. O, digər namizədlər Paulo Dibala ("Yuventus”), Aleks Oksleyd-Çemberlen ("Yuventus”) və Kilian Mbappeni (PSJ) arxada qoyub.