Azərbaycanda tədavülə yeni yubiley pul nişanı buraxılıb

Azərbaycanda tədavülə yeni yubiley pul nişanı buraxılıb
 

Bu il müsəlman Şərqində yeni tipli ilk ali məktəb kimi yaradılan və Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan Bakı Dövlət Universitetinin təsis edilməsinin 100-cü ildönümü tamam olur.

Sfera.az-ın  Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən verdiyi məlumata görə, bu yubiley tarixinin əbədiləşdirilməsi məqsədilə Mərkəzi Bank tərəfindən nominal dəyəri 5 manat təşkil edən gümüş yubiley pul nişanı tədavülə buraxılıb.

Yubiley pul nişanının çəkisi 1 troy unsiyası – 31,1 qram (+0,1 qram), diametri isə 38,61 millimetr təşkil edir. Pul nişanı Böyük Britaniyanın "The Royal Mint” şirkətində beynəlxalq standartlara uyğun "Pruf” texnologiyası əsasında istehsal edilib.

 

Bakı Dövlət Universitetinin 100 illik yubileyinə həsr olunmuş yubiley pul nişanının ön tərəfində Bakı Dövlət Universitetinin inzibati binasının təsviri, ümummilli lider Heydər Əliyevin kəlamı və imzası, 8 guşəli ulduzlar, milli naxış və ornamentlər, arxa tərəfində isə Azərbaycan Respublikasının Dövlət Gerbi və pul nişanının nominalı təsvir olunub.

Yubiley pul nişanı nominal dəyəri ilə ölkə ərazisində rəsmi ödəniş vasitəsidir.


OXŞAR XƏBƏRLƏR

Ceyhun Bayramov Gürcüstan Parlamentinin sədri ilə görüşdü - FOTO

İyulun 22-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Gürcüstana rəsmi səfəri çərçivəsində Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili ilə görüşüb. ...

Hikmət Hacıyev: Yubiley medalı jurnalistikada xidməti olanlar üçün nəzərdə tutulub

“Yubiley medalı jurnalistikada xidməti olanlar üçün nəzərdə tutulub”.   Bunu Medianın İnkişafı Agentliyi tərəfindən Milli Mətbuatın 150 i...

Ərdoğan Kamran Əliyevi qəbul etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın Baş prokuroru Kamran Əliyevi qəbul edib.   Sfera.az xəbər verir ki, bu barədə Türkiyə lider...

Magistraturaya qəbul üçün müsabiqə nəticələri elan olundu

Dövlət İmtahan Mərkəzi 2025/2026-cı tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarına qəbul olunmaq üçün keçirilən müsabiqənin nəticələrini Mərkəzin...

Azərbaycan Milli Mətbuatının 150 illik yubileyi münasibətilə tədbir keçirilir

İyulun 22-də Medianın İnkişafı Agentliyi tərəfindən Azərbaycan Milli Mətbuatının 150 illik yubileyi münasibətilə tədbir keçirilir.   Sfera.az xəbər v...

Biləsuvar xəstəxanasında azyaşlı öldü

Biləsuvarda əməliyyata gətirilən azyaşlı xəstəxanada ölüb.   Sfera.az xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.   “Daha ö...