FİFA 2030-cu ilin DÇ-ın ev sahibini seçəcəyi vaxt müəyyənləşib

FİFA 2030-cu ilin DÇ-ın  ev sahibini seçəcəyi vaxt müəyyənləşib
 

2030-cu ildə keçiriləcək dünya çempionatının ev sahibi yarışa 6 il qalmış müəyyənləşəcək.

Sfera.az bildirir ki, bu barədə qərarı FİFA-nın Şurası qəbul edib.

Çinin Şanxay şəhərində keçirilən iclasda qərara alınıb ki, DÇ-2030-a ev sahibliyi üçün müraciətlərin qəbuluna 2022-ci ildə başlanılsın. Yarışın meydan sahibi isə 2024-cü ildə baş tutacaq Konqresdə seçiləcək.

 

Artıq mundiala ev sahibliyi etmək niyyətində olan üç namizəd bəllidir. İngiltərə, Uels, Şotlandiya, Şimali İrlandiya və İrlandiya "beşliy”i yekun qərar verməsə də, belə istəkdədir. İspaniya və Portuqaliyanın birgə təşkilatçılıq istəyi də gündəmdədir. Cənubi Amerikanın dörd ölkəsi – Argentina, Uruqvay, Paraqvay və Çili mundialın okeanın o tayında keçirilməsinə iddia edir.

Qeyd edək ki, qarşıdakı DÇ-2022-yə ev sahibliyi edəcək Qətər bu hüquqa yarışdan 12 il əvvəl yiyələnmişdi.


OXŞAR XƏBƏRLƏR