Bu şirkətlərdən ölkə rəhbərliyinə şikayət - FOTO

Bu şirkətlərdən ölkə rəhbərliyinə şikayət - FOTO
 

"Azenko” ASC-nin "İnşaat məmulatları” sexinin fəhlələri "Sumqayıt Texnologiyalar Parkı” MMC (STP)  və "Azenko” ASC barəsində şikayət ərizəsi yazıblar. 

Sfera.az  xəbər verir ki, şikayətdə qeyd olunur ki, STP-də 2009-2010-cu illərdən bəri çalışmış Quluyev Qulu, Meybullayev Mahir, Mahmudov Yalçın, Kəlbiyev Yusif və Hacıyev Ramin 5 ildən artıq orda işlədikləri üçün onların əmək müqaviləsi müddətsiz hesab olunmuşdur. Daha sonra cari ilin avqust ayında rəhbərlik öz xahişləri ilə ərizə yazıb çıxacaqları halda, onlara "Azenko” MMC-də iş veriləcəyini, əks halda onlar işdən çıxarılacaqları barəsində xəbərdarlıq edilib. Lakin verilən söz tutulmayıb. "Azenko” qəbul etdiyi işçiləri 2 ay sonra müqavilələrinin uzadılmayacağı barəsində xəbərdarlıq edib. 

İşçilər STP-nin onları ələ saldığını və şikayət ediləcəklərinin bilmələrinə baxmayaraq, heç bir şeyə əhəmiyyət vermədiklərini bildiriblər. Fəhlələr ölkə Prezidentinə, Birinci vitse-prezidentə, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevə şikayət ərizəsi ilə müraciət ediblər. Onlar bu müraciətlə rəhbərliyin özbaşına və qanunsuz hərəkətlərinə qarşı tədbir görülməsi, əmək hüquqlarının bərpa olunması üçün göstəriş vermələrini xahiş ediblər.(yenisabah)


OXŞAR XƏBƏRLƏR

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...

Şahin Şıxlinski sərbəst buraxıldı

Yekaterinburqda kobud şəkildə saxlanılan “Azərbaycan-Ural” ictimai təşkilatının və Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski sərbəst burax...

Bollivud aktrisası cavanlaşdırıcı iynədən öldü

Bollivudun tanınmış aktrisalarından biri olan Şefali Carivala qəfil vəfat edib.   Sfera.az xəbər verir ki, 42 yaşlı sənətçinin 27 iyun tarixində cava...

"Bu dünyada uşaq gətirmək cəsarət istəyir!" – Nura Suridən üsyan dolu paylaşım

Müğənni Nura Suri paylaşımı ilə sosial şəbəkələrdə diqqət çəkib.   O, yaşadığı dünyadan narahatlığını ifadə edib və son dövrlərdə baş verən hadisələr...