Kürdəmirdə iki yük maşını toqquşdu - FOTO

Kürdəmir rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Sfera.az-ın məlumatına görə, oxu.az-ın bölgə müxbiri xəbər verir ki, hadisə Bakı-Qazax avtomagistralında, rayonun Karrar kəndindən keçən hissəsində qeydə alınıb.
Nəticədə, "KamAz” yoldan çıxaraq aşıb, mişar daşları ətrafa səpələnib. Yolda avtomobillərin gediş-gəlişində maneələr yaranıb.
Qəza zamanı hər iki sürücü - Goranboy rayon sakini, 1977-ci il təvəllüdlü Sadıqov Elnur Füzuli oğlu və Bakı şəhər Qala qəsəbəsi sakini, 1981-ci il təvəllüdlü Əliyev Təhmasib Məhəmmədəli oğlu müxtəlif bədən xəsarətləri alıb. Onlar Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının travmatalogiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.