“AtaBank”da təcili yığıncaq keçirilib

“AtaBank”da təcili yığıncaq keçirilib
 

21 oktyabr 2019-cu il tarixində "AtaBank” ASC-nin Ş.Bədəlbəyli küçəsi 102 ünvanında yerləşən Baş ofisində Səhmdarların növbədənkənar Ümumi Yığıncağı keçirilib.

 

Sfera.az xəbər verir ki, yığıncaqda bankın fəaliyyətinə dair bir sıra məsələlər müzakirə edilib, o cümlədən Müşahidə Şurası və İdarə Heyəti üzvlərinin də təmsil olunduğu Strateji İdarəetmə Komitəsi yaradılıb.


Komitənin əsas səlahiyyətləri Bankın inkişafı üzrə üç illik strateji plan və istiqamətləri müəyyən etmək və icrasına nəzarəti həyata keçirməkdən ibarətdir.


Komitə tərəfindən hazırlanacaq plan "AtaBank”ın maliyyə vəziyyətinin və rəqabət qabiliyyətinin yaxşılaşdırılması məqsədi güdür.


Komitəyə, ehtiyac olduğu təqdirdə, təcrübəli kənar məsləhətçiləri cəlb etmək səlahiyyəti də verilib.

 

(marja.az)


OXŞAR XƏBƏRLƏR

Ceyhun Bayramov Gürcüstan Parlamentinin sədri ilə görüşdü - FOTO

İyulun 22-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Gürcüstana rəsmi səfəri çərçivəsində Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili ilə görüşüb. ...

Hikmət Hacıyev: Yubiley medalı jurnalistikada xidməti olanlar üçün nəzərdə tutulub

“Yubiley medalı jurnalistikada xidməti olanlar üçün nəzərdə tutulub”.   Bunu Medianın İnkişafı Agentliyi tərəfindən Milli Mətbuatın 150 i...

Ərdoğan Kamran Əliyevi qəbul etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın Baş prokuroru Kamran Əliyevi qəbul edib.   Sfera.az xəbər verir ki, bu barədə Türkiyə lider...

Magistraturaya qəbul üçün müsabiqə nəticələri elan olundu

Dövlət İmtahan Mərkəzi 2025/2026-cı tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarına qəbul olunmaq üçün keçirilən müsabiqənin nəticələrini Mərkəzin...

Azərbaycan Milli Mətbuatının 150 illik yubileyi münasibətilə tədbir keçirilir

İyulun 22-də Medianın İnkişafı Agentliyi tərəfindən Azərbaycan Milli Mətbuatının 150 illik yubileyi münasibətilə tədbir keçirilir.   Sfera.az xəbər v...

Biləsuvar xəstəxanasında azyaşlı öldü

Biləsuvarda əməliyyata gətirilən azyaşlı xəstəxanada ölüb.   Sfera.az xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.   “Daha ö...