Ərdoğan Ankaradakı terrora görə Bakı səfərini təxirə saldı
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın fevralın 19-da Bakıda baş tutmalı olan rəsmi səfəri təxirə salınıb.
Sfera.az-ın əldə etdiyi özəl məlumata görə, buna səbəb paytaxt Ankarada 25 nəfərin ölümü ilə nəticələnən terror hadisəsi olub. Məlumata görə, Ərdoğanın prezident İlham Əliyevlə telefon əlaqəsi yaratdığı və məlum hadisəyə görə Bakıya gələ bilməyəcəyini söyləyib.
Prezident İlham Əliyevin də məhz məlum terror aktı ilə bağlı qardaş ölkə prezidentinə başsağlığı verib.
Məlumatı portalımıza Türkiyənin "Doğan" agentliyinin Bakı təmsilçisi, jurnalist Ali Kan da təsdiqləyib.
Qeyd edək ki, Türkiyə prezidenti Recep Tayyib Erdoğan Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasında iştirak etməli idi. Ərdoğanın fevralın 18-də Azərbaycanın Gəncə şəhərinə planlaşdırılan səfəri məhz hava şəraitinə görə bir gün sonraya – 19 fevral tarixində Bakıya təxirə salınmışdı.