Kapital Bank rəqəmsal bankçılıq sahəsində ilkə imza atdı

İqtisadiyyat
10:30 / 22.10.2019
2236
Müasir dünya inkişaf etdikcə bütün müştərilərə kütləvi şəkildə aksiyalar təqdim edilməsi öz aktuallığını itirir. Qlobal
şirkətlər artıq hər bir müştəriyə fərdi yanaşma tətbiq edərək öz xidmət səviyyəsini yüksəldir. Kapital Bank da yerli
bankçılıq sahəsində bu istiqamətdə ilk addımı ataraq, EVAM Streaming Analytics platformasını tətbiq etməyə
başlayıb.
Sözügedən platforma ani data əsasında müştəri profilinin analizinə uyğun olaraq doğru zamanda doğru addımlar
atmağa imkan verir.
Kapital Bank-ın Baş Marketinq İnzibatçısı Samir Məmmədovun dediyinə görə indiyə qədər müştərilər kütləvi
mesajlar alırdılarsa, artıq EVAM platformasının tətbiqindən sonra müştərilər yalnız onlara uyğun olan məlumatı
alacaqlar. Belə ki, müştəri kartla və ya BirBank mobil tətbiqində əməliyyat edən zaman həmin əməliyyata və onun
fərdi profilinə uyğun olan kampaniyaları, eləcə də başqa faydalı məlumatları əldə edəcək. Hansı müştəriyə, hansı
anda, hansı təklifin və ya məlumatın maraqlı ola biləcəyi isə data modelləşdirmənin köməyi ilə təyin olunur. Bununla
da individual müştəri səviyyəsində seqmentləşdirmə etmək mümkün olub.
"Tətbiq etdiyimiz EVAM platforması vasitəsilə hər bir müştəriyə onun üçün xüsusi hazırlanan təkliflər, ona maraqlı
ola biləcək yeniliklər və ya məlumatlandırıcı mətnlər gerçək zamanda göndərilir. Misal üçün, müştəri PIN şifrəni 3
dəfə səhv yığıb və onun kartı bloklanıb. Kart bloka düşən anda müştəriyə BirBank-a daxil olub kartın PIN şifrəsini
yeniləyərək, blokdan çıxarılması haqqında SMS və ya BirBank vasitəsilə bildiriş göndərilir. Və ya başqa bir misal
çəkim. Bəzən olur ki, müştərilər kreditin ödəniş vaxtını unudurlar. EVAM vasitəsilə hər bir müştəri öz kreditinin son
ödəniş tarixinə 3 gün qalmış ödəmə vaxtının yaxınlaşdığı və ödənişi ən rahat hansı üsulla ödəyə biləcəyi barədə
bildiriş alır”, - deyə Samir Məmmədov bildirib.
"Bildiyiniz kimi 430 000-ə yaxın istifadəçisi olan BirKart taksit kartının ölkə üzrə 3 000-ə qədər partnyoru vardır. Və
bu partnyorlarda alış-veriş edərkən müştəri əlavə faiz və ya komissiya ödəmir. Ola bilər ki, müştəri alış-veriş etdiyi
hər hansı bir mağazanın BirKart-ın partnyorlar siyahısında olduğunu bilmir və orada BirKart vasitəsilə sadəcə nağdsız
ödəniş edir. Bu zaman dərhal müştəri mağazanın BirKart partnyoru olması və məhsulu faizsiz taksitlə alaraq, dəyərini
müvafiq olaraq 18 ayadək müddətə bərabər hissələrlə ödəyə biləcəyi barədə bildiriş alır. Bundan başqa BirBank
vasitəsilə bonus ürəklər toplayan müştərilər, ürək balansları hansısa bir hədiyyəyə dəyişə biləcəkləri miqdara çatdığı
anda, həmin hədiyyələr haqda bildirişlər alacaqlar”, - deyə S. Məmmədov qeyd etdi.
Hazırda Kapital Bank-da bu tipli innovativ layihələr çoxdur. Layihələri gerçəkləşdirmək üçün həvəsli və daima öz
üzərində işləyən İT və Data Analitiklər üçün vakansiyalar mövcuddur. Maraqlanan şəxslər öz CV-lərini və motivasiya
məktublarını [email protected] elektron poçt ünvanına göndərə bilərlər.