Müflis olmuş banklarda əmənəti olanlara daha bir xəbər

Müflis olmuş banklarda əmənəti olanlara daha bir xəbər
 Xəbər verdiyimiz kimi, müflis olan banklarda məbləği 17 min manat və ya 10 min dollardan çox olmayan qorunmayan əmanətlərin qaytarılmasına başlanılıb. Bəs 17 min manat yalnız əsas əmanət məbləğinə aiddir yoxsa bankın vətəndaşa olan ümumi borcu
 
 Sfera.az yeni sabah-a istinadla xəbər verir ki, bu barədə sualları iqtisadçı ekspert Vüqar Bayramov cavablandırıb:

"Məsələn, bəzi vətəndaşımız bankda 15 min manat yerləşdirib və onun əmanətinə 3 min manat divident hesablanıb və vətəndaşa olan cəmi ödənilməli məbləğ 18 min manat olub. Həmin vətəndaş faizləri götürmədiyi üçün bank müflis olan zaman ona olan borc 17 min manatdan çox, yəni 18 min manat olub. Sığortalanmayan əmanətlərin qaytarılması ilə bağlı qaydalarda borc əsas məbləğ və faizlər üzrə fərqləndirilmədiyi üçün kompensasiya bankın vətəndaşa olan ümumi borcuna tətbiq olunur. Yəni, faizlər ilə birlikdə vətəndaşa ümumi əmanəti 17 min manatdan çoxdursa o halda kompensasiya ödənilmir.

Bu o deməkdir ki, 15 min manat əmanəti olan və 3 min manat divident hesablanan, ancaq faizləri götürməyən şəxsin qorunmayan əmanəti geri qaytarılmır. Kreditlərə kompensasiya verilən zaman qalıq məbləğin əsas götürüldüyünü nəzərə alaraq qorunmayan əmanətlərdə də məbləğ 17 min manat çox olduğu halda əsas məbləğə əsasən ödəniş həyata keçirilməsi daha məqsədə uyğun olar. Bu halda dividentlər ilə ümumi alacaqları 17 min manatdan çox olan vətəndaşlarımız da kompensasiya ala biləcəklər. Məbləği 17 min manatdan az olan üçün əsas borc meyar olaraq götürülə bilər.

Bu baxımdan, CESD qorunmayan əmanətlərin qaytarılması zamanı məbləği 17 min manat və ya 10 min dollardan çox olan hallarda bankın vətəndaşa olan ümumi borcuna deyil, əsas əmanət məbləğin nəzərə alınmasını təklif edir. Bu o deməkdir ki, ümumi alacağı 18 min manat olan amma əsas məbləği 15 min manat olan vətəndaşımızın da müflis olan bankdakı qorunmayan əmanətinin qaytarılmasına ehtiyac var”.



OXŞAR XƏBƏRLƏR

Bakıda yanğın: sakinlər təxliyə edildi

Bakıda yaşayış binasında yanğın olub.   Sfera.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.   Bildirilib ki,...

Azərbaycanda iyun və iyul aylarının sərin keçməsinin səbəbi...

Ötən iyun ayı bir neçə il əvvəllə müqayisədə nisbətən sərin keçib. İyun ayının davamı olaraq iyul ayında da sərin hava müşahidə edilir.   Sfera.az&nb...

Ötən ay 17 aptekdə yoxlama aparılıb

Bu ilin iyun ayı ərzində 17 aptekdə planlı və plandan kənar yoxlama keçirilib.   Sfera.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi Analitik E...

Əliyev və Japarov Ağdamın Xıdırlı kəndində...

İyulun 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam rayonunun Xıdırlı kəndinin 1-ci mərhələs...

Azərbaycanın xarici siyasətində Özbəkistan ilə münasibətlərin inkişafı mühüm yer tutur

Azərbaycan beynəlxalq aləmdə müstəqil xarici və daxili siyasət kursu, regional təşəbbüsləri, eyni zamanda regionda sülh və əməkdaşlığa verdiyi önəmli töhfələr s...

"Kişi məndən az pul qazanırsa, ona hörmət edə bilmərəm"

"Mən əgər bir kişidən çox pul qazanacağamsa, o kişiyə hörmət edə bilmərəm".   Sfera.azTürkiyə mediasına istinadən xəbər verir ki, bu sözlər...