Paşinyanın Putinə verdiyi kitab nədən bəhs edir?

Paşinyanın Putinə verdiyi kitab nədən bəhs edir?

Müstəqil Dövlətlər Birliyinə üzv ölkələrin liderlərinin Aşqabadda keçirilən son toplantısında Ermənistanın baş naziri Nikol Paşinyan koridorda Rusiya prezidenti Vladimir Putinə yaxınlaşaraq "Qarabağda sülh” kitabını təqdim etdi. 

Sfera.az yeni sabah-a istinadla xəbər verir ki, "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bu olayı şərh edib. 

"Həmin kitabı rusiyalı diplomat Vladimir Kazimirov yazıb. O, 1992-1996-cı illərdə Rusiyanın ATƏT-in Minsk Qrupundakı həmsədri olub. Azərbaycan o illərdə Kazimirovun fəaliyyətindən narazı idi. Çünki, Kazimirov faktiki erməni separatçılarının mövqeyini müdafiə edrdi” deyən politoloq hesab edir ki, Paşinyanın kitabı Valdimir Putinə təqdim etməkdə məqsədi orada yazılan tezislərlə razı olduğunu nümayiş etdirmək ola bilər. 

"Paşinyan kitabı Putinə verəkən ətrafında jurnalistlərinə olmasına çalışırdı. Paşinyan bununla Putinə demək istəyirdi ki, o rusiyalı diplomatın kitabındakı tezislərlə razıdır. Aydındır ki, Paşinyan həmin kitabı tam oxuyub və orada göstərilən tezislərin Dağlıq Qarabağ münaqişəsinin həlli üçün tətbiqini mümkün sayır”, -deyə Elxan Şahinoğlu bildirib.

Bəs Kazimirovun kitabında nə yazılıb? Politoloqun sözlərinə görə, Vladimir Kazimirov hesab edir ki, Azərbaycanın BMT-nin 4 qətnaməsinə istinad etməsi doğru deyil. Çünki, həmin qətnamələr Azərbaycan ordusunun məğlubiyyəti fonunda qəbul edilib. Yəni Kazimirov demək istəyir ki, Azərbaycan işğalın nəticələrini qəbul etməlidir.  "Vladimir Kazimirov ilk baxışdan münaqişənin "mərhələli həlli”nin əleyhinə deyil. Ancaq Kazimirov Dağlıq Qarabağda yaşayan ermənilərin refererdum keçirilməsi haqqının olduğunu və bunun sazişdə əks olunmasını vacib sayır. Kazimirov yalnız bu şərtlər daxilində Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılması mümkünlüyünü yazır. Maraqlıdır ki, Kazimirov referendumun nəticəsini də özü üçün müəyyənləşdirib. O kitabında yazır ki, Dağlıq Qarabağın erməni əhalisi rəsmi Bakının vəd etdiyi geniş muxtariyyətə razılaşmayacaq, söhbət yalnız "müstəqillikdən” gedə bilər. Kazimirov Azərbaycanın problemi güc yolu ilə həlli istəyini tənqid edir.

Göründüyü kimi, pensiyada olan rusiyalı diplomat Vladimir Kazimirovun kitabındakı yazdığı fikirlər erməni separatçılarının və Ermənistan hakimiyyətinin xeyrinədir. Buna görə Paşinyan bu kitabı Putinə təqdim edib. Paşinyan bununla həm də onu demək istəyib ki, Ermənistan Kazimirovun timsalında Rusiyanın təklif etdiyi planın tərəfdarıdır”, - deyə Elxan Şahinoğlu əlavə edib. 

Politoloq daha sonar qeyd edib ki, Putinin Kazimirovun kitabını oxumağa vaxtı yoxdur. Buna baxmayaraq, Rusiyada Kazimirov kimilər az deyil: "Məsələn, keçən həftə Rusiya parpalementinin Müstəqil Dövlət Birliyi üzrə komitəsinin sədrinin birinci müavini Konstantin Zatulin qanunsuz olaraq işğal altındakı torpaqlara gəldi və Xankəndidə forumda iştirak etdi. Azərbaycan Xarici İşlər Naziri bununla bağlı olaraq Rusiyaya nota verdi.

Konstantin Zatulin ilk dəfə deyil ki, Dağlıq Qarabağa gəlir. O bunu az qala 25 ildir edir və erməni separatçılarının Azərbaycan torpaqlarını işğal etməsini siyasətini açıq şəkildə dəstəkləyir. Rusiya Dağlıq Qarabağın "müstəqilliyini” tanımır, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Rusiya Serbiyanın da ərazi bütövlüyünü dəstəkləyir, heç bir rusiyalı deputat Serbiyadan ayrılan Kosovoya səfər etməz. Əgər hər hansı rusiyalı deputat Rusiyanın tanımadığı Kosovoya səfər etsə, Rusiya Xarici İşlər Nazirliyi dərhal bunun qarşısını alar. Bəs niyə Azərbaycana münasibətdə eyni addım atılmır, Zatulinə izah edilmir ki, Dağlıq Qarabağa qanunsuz səfərlər və erməni separatizminə dəstək yolverilməzdir?”

 


OXŞAR XƏBƏRLƏR

"Komedixana"nın aktrisasına verilən sual müzakirələr yaratdı - VİDEO

Aktrisa Xəyalə Quliyevanın kulis görüntüsü yayılıb.   Sfera.az- xəbər verir ki, ona "Qız atası" serialının çəkiliş komandasının üzvünü...

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə görüşü keçirilib

2025-ci il iyulun 4-də düşmən işğalından azad edilmiş qədim Azərbaycan torpağı olan Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçir...

“Sumqayıt”ın yeni baş məşqçisi məlum oldu

"Sumqayıt"ın yeni baş məşqçisinin adı məlum olub.   Sfera.az xəbər verir ki, bu, serbiyalı mütəxəssis Saşa İliçdir.   47 yaşlı m...

Azərbaycan ABŞ-a başsağlığı verdi

Azərbaycan Xarici İşlər Nazirliyi ABŞ-ın Texas ştatında daşqınlar nəticəsində ölənlərlə bağlı başsağlığı verib.   Sfera.az xəbər verir ki, bu ba...

"Ərimi güdüb, yaxud soyunub gündəm olmamışam"

Foto model və müğənni Müjgan Ayxan maraqlı açıqlama verib.   Sfera.az xəbər verir ki, "Maqazin Plus"a müsahibə verən ifaçı iddialı danışıb....

Xankəndi Konqres Mərkəzində 12 nəfər işlə təmin edilib - FOTO

İşğaldan azad olunmuş torpaqlarımızın dirçəldilməsi istiqamətində Azərbaycan dövlətinin həyata keçirdiyi layihələr ardıcıl və sürətlə davam edir. Belə layihələr...