“Ded Xasan”ın qətlini kim sifariş verib? – “Lənkəranski” versiyası alt-üst oldu

“Ded Xasan”ın qətlini kim sifariş verib? –   “Lənkəranski” versiyası alt-üst oldu

"Oğru dünyası”nın "xaç atası” sayılan mərhum "qanuni oğru” Aslan Usoyanın (Ded Xasan) qətli ilə bağlı yeni təfərrütalr məlum olub. 

"Yeni Sabah” Rusiya  KİV-inə istinadən xəbər verir ki, Rusiya İstintaq Komitəsi "Taqansk” bandasının cinayətlərini araşdırarkən Aslan Usoyanın qətlində istifadə edilən silahın bu qruplaşmaya məxsus olduğunu üzə çıxarıb. Həmin silahdan "qanuni oğru” Andrey Qolubevin qətlində də istifadə edilib. 

Araşdırmalar zamanı Aslan Usoyanın qətlinin sifrişçisi də müəyyənləşdirilib. İstintaq komitəsinin qənaətinə görə, bu "qanuni oğru”  Merab Canqveladzedir ("Merab Suxumski”). 

Hazırda "Taqansk” bandasının üzvləri qanunsuz dinləmələr, adam oğurluqları, böyük silah arsenalı saxlamaları və s. cinayətləri barədə ifadə verirlər.

İfadə verənlər arasında bandanın lideri İqor Jirnokleyev ("Jırniy”)  də var. Lakin o, Aslan Usoyanın qətli barədə danışmaqdan imtina edir. "Jırnıy” başa düşür ki, bu məsələ barədə danışmağın bədəli ölümdür. 

"Yeni Sabah” xatırladır ki, Aslan Usoyandan əvvəl onun klanına daxil olan "qanuni oğru” Andrey Qolubev qətlə yetilirmişdi. Hadisə 2009-cu ilin may ayında baş vermişdi. O, Aslan Usoyanla başqa bir nüfuzlu "qanuni oğru" Tariyel Oniani ("Taro”) arasındakı qarşıdurmanın qurbanlarından biri hesab edilir.

2013-cü il yanvarın 16-da isə Aslan Usoyan qətlə yetirilib. O, xüsusi təyinatlılar üçün nəzərdə tutumuş "Val” markalı səssiz avtomatdan açılan atəş nəticəsində öldürülüb.

Aslan Usoyana bundan əvvəl də iki dəfə sui-qəsd edilmişdi. Lakin "qanuni oğru” hər ikisində sağ qala bilmişdi. Bunlardan biri 2010-cu ilin sentyabrında baş verib. Sui-qəsdin icraçıları "Taqansk” bandasının üzvləri olub. 

İkinci sui-qəsd isə 2012-ci ildə baş verib. Bu dəfə də sifariş "Taqansk” qrupuna verilsə də, killer bandanın üzvü olmayıb. Əməliyyat məlumatlarına görə muzdlu qatil sui-qəsdi icra etmək üçün Moskvaya dəvət olunan Ukraynanın xüsusi təyinatlı qüvvələrinin fəal əməkdaşı olub. Lakin o da işinin öhdəsindən gələ bilməyib.

Hər üç sui-qəsddə sifarişçinin Merab Canqveladze olduğunu təsdiq edən sübutların olduğu deyilir. Sübutlardan biri onu telefon danışıqlarıdır. Danışıqları İtaliya polisi yazıb. Merab Canqveladze Avropada olarkən Rusiya həbsxanasında cəza çəkən Tariel Oniani ilə dəfələrlə danışıb. O, "Ded Xasan”la "Taro” arasındakı problemin həllini rəqibin fiziki cəhətdən məhv edilməsində görüb və tezliklə şəxsən bu işi təşkil edəcəyini deyib. Lakin istintaq hələ ki, sifarişçinin adını çəkməyən "Jırnı”nın üzərində işləyir.

Aslan Usoyanın qətli ilə bağlı üzə çıxarılan bu təfərrüatlar uzun müddətdir ki, bu hadisə ilə bağlı populyar mülahizələrdən birinin üzərindən xəttə çəkdi. Söhbət Aslan Usoyanın qətlində mərhum azərbaycanlı "qanuni oğru” Rövşən Canıyevin ("Rövşən Lənkəranski”) adının hallandırılmasından gedir. Hətta onun qətli Aslan Usoyanın öldürülməsinə cavab kimi dəyərləndirilirdi. İndisə yayılan məlumatlardan aydın olur ki, Rövşən Canıyevin bu hadisəyə yaxından-uzaqdan aidiyyatı yoxdur.

 


OXŞAR XƏBƏRLƏR

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...

Şahin Şıxlinski sərbəst buraxıldı

Yekaterinburqda kobud şəkildə saxlanılan “Azərbaycan-Ural” ictimai təşkilatının və Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski sərbəst burax...

Bollivud aktrisası cavanlaşdırıcı iynədən öldü

Bollivudun tanınmış aktrisalarından biri olan Şefali Carivala qəfil vəfat edib.   Sfera.az xəbər verir ki, 42 yaşlı sənətçinin 27 iyun tarixində cava...

"Bu dünyada uşaq gətirmək cəsarət istəyir!" – Nura Suridən üsyan dolu paylaşım

Müğənni Nura Suri paylaşımı ilə sosial şəbəkələrdə diqqət çəkib.   O, yaşadığı dünyadan narahatlığını ifadə edib və son dövrlərdə baş verən hadisələr...