“Suna artıq mənim üçün yoxdur...”

Maqazin
13:20 / 19.10.2019
2146
"Məğlub olmadım. İlk gündən deyirdim ki, Suna fiziki olaraq hamımızdan güclüdür. Çünki deyirdi ki, bir aydır ki, hazırlaşır, yemək yemir, özünə fikir verir."
Sfera.az xəbər verir ki, Bu sözləri axşam.az-a açıqlamasında "Maşın" şouda finala qalıb, mübarizəni yarımçıq dayandıran aparıcı Lalə Mustafayeva deyib.
O, qalib həmkarı Suna Kasımoğlu ilə münasibətini kəsdiyini söyləyib:
"Uduzmamışam. Mənim üçün bu həyat, mübarizə və gələcək üçün böyük dərs oldu. Kim də desə ki, saflıq pis şeydir. Mən bu Laləni həmişəlik saxlayacam. Türkan mənimlə münasibəti kəsdi, amma bunu istəməzdim.
Həyatda səbəbsiz heç nə etmirəm. Ona görə yox ki, o, qalib gəldi. Ancaq Suna artıq mənim üçün yoxdur".