Paytaxtda fövqəladə vəziyyət elan olunub
Çilinin paytaxtı Santiyaqo şəhərində fövqəladə vəziyyət elan olunub.
Sfera.az xəbər verir ki, bu barədə ölkə prezidenti Sebastian Pinyera televiziyada çıxışı zamanı məlumat verib.
O, bu addımın paytaxtda metroda gedişhaqqının artırılmasına etiraz olaraq bir neçə gündür başlayan nümayişlərin iğtişaşlara çevrilməsindən sonra ictimai asayişi, ictimai və özəl əmlakın təhlükəsizliyini təmin etmək məqsədilə atdığını bildirib.
Dövlət başçısı həmçinin qarşı tərəfi dialoqa da çağırıb.
Qeyd edək ki, Çilidə enerjinin bahalaşması və pesonun məzənnəsinin azalması nəticəsində metroda gedişhaqqı orta hesabla 30 peso (4 sent) artırılaraq 850 pesoya (1 dollar 17 sent) çatdırılıb. Əksəriyyəti yuxarı məktəb şagirdi və tələbələrdən ibarət olan etirazçılar turniketlərin üstündən adlayaraq metro stansiyalarına hücum edir, yanğınlar törədir, hərəkətı bağlayır, şəhər boyu dağıntılar törədirlər. Həmçinin etirazçıların polis maşınlarına daş atdığı və avtobusları yandırdığı da bildirilir. Hökumət isə baş verənləri zorakılıq və vandalizm kimi dəyərləndirirək bu hərəkətlərin mütəşəkkil qruplar tərəfindən törədildiyini iddia edib və ictimai asayişi bərpa etmək üçün sərt cəzalar nəzərdə tutulan dövlət təhlükəsizlik qanununu xatırladıb. Hətta 18 oktyabr hadisələrindən sonra 700 min diollar məbləğində maddi ziyan vurulduğu metropolitenin bütün xətlərinin azı iki gün ərzində bağlı qalacağı da açıqlanıb.