Suna Kasımoğlu “Maşın şou”nun qalibi oldu - Bu da həmin - VİDEO

Suna Kasımoğlu “Maşın şou”nun qalibi oldu - Bu da həmin - VİDEO
ATV-də yayımlanan "Maşın” realiti-şousunun "Maskarad” adlı sürətində final gecəsi keçirilib 

Sfera.az AZXEBER.COM-a istinadla xəbər verir ki,  möhtəşəm şouda 18 məşhur dəyəri 50 min manat olan "Opel İNSİGNİA” avtomobili uğrunda mübarizə aparıblar. 
 

Meyxanaçı Aqşin Fateh, Ayan Babakişiyeva, Kərim Abbasov, aparıcı Kəmalə Piriyeva, Xalq artisti Bilal Əliyev, aşıq Namiq Fərhadoğlu, Türkan Vəlizadə, aparıcı Suna Kasımoğlu, Nazim Pişiyari, repçi Qurd, Niyam Salami, Ramal İsrafilov, Aysun İsmayılova, Əməkdar artist Fatma Mahmudova, aparıcı Zümrüd Qasımova, Fuad Musayev, aparıcı Lalə Mustafayeva və aktyor Məcid Hüseynov avtomobili qazanmaq üçün gərgin mübarizə aparıblar.  

Həyacanlı anları geridə qoyub finala vəsiqə qazananlar isə aparıcılar Lalə Mustafayeva ilə Suna Kasımoğlu və müğənni Ramal İsrafilov oldu.  

Finalda şounu ilk tərk edən Ramal İsrafilov olub. Sənətçi avtomobildən əlini götürərək uduşu iki xanıma ötürüb.  

Beləliklə, "Maşın” şounun tarixində ilk dəfə iki xanım öz aralarında gərgin mübarizəni davam etdiriblər. 

Qalibin kimliyini isə "Maşın”ın finalının sonunda açıqlanıb. "Maşın"ın qalibi  Suna Kasumoğlu olub.
 


OXŞAR XƏBƏRLƏR

Meyxanaçı Ağamirzənin qızı ABŞ-də yaşayırmış

"Əsas nigarançılıq oğlan övladlarından olur. Qız belədir ki, ona nəyisə izah edəndə başa düşür. Lakin oğlan başqa adamlara qoşula bilir".   ...

İrəvanda qasırğa: 2 təyyarə eniş edə bilmir

Ermənistanın paytaxtı İrəvan şəhərində iki təyyarə güclü küləyə görə yerə enə bilmir.   Sfera.az xəbər verir ki, bu barədə “Sputnik Armeni...

Şəhid polkovnik-leytenantın 13 yaşlı qızı vəfat etdi

Vətən müharibəsi şəhidi polkovnik-leytenant Zaur Cəfərovun 13 yaşlı qızı Səlbi Cəfərli bu gün vəfat edib.   Sfera.az xəbər verir ki, yeniyetmə k...

Paytaxt yolları gecə saatlarında keçilməz oldu -SİYAHI

Üç günlük qeyri-iş gününün sonuncu günündə, xüsusilə də Bakı-Sumqayıt şosesi və paytaxta cənub istiqamətdən girişdə yollarda nəqliyyat sıxlığı müşahidə olunur. ...

"Onkoloji xəstə üçün 811-ci növbə nə deməkdir?"

"Bir nəfər yazıb ki, icbari tibbi sığorta ilə MRT (Maqnit Rezonans Tomoqrafiyası) müayinəsindən keçməyə çalışdım. Növbəm 811-ci idi. Özü də ağır xəstəlikdə...

Valideynlərin günahının qurbanı olan UŞAQLAR...

Dünyaya gələn hər uşaq, hər körpə ölkənin qanuni vətəndaşı, tamhüquqlu fərdidir. Bu, normal ailələrdə doğulan, yaxud vətəndaşların qanunsuz, nikaha girmədən dün...