Ölmüş qızı illər sonra oğlan olaraq qarşısına çıxdı - Qəribə hadisə - Foto
ABŞ-ın Los Banos şəhər sakini "öldüyü” deyilən uşağına illər sonra qovuşub.
"Yeni Sabah” xarici mətbuata istinadən xəbər verir ki, Tina adlı qadın ilk uşağını 17 yaşında dünyaya gətirib. O, yeni doğulmuş qızını heç görməyib. Həkimlər onu qızının öldüyünə inandırıblar.
Həmin vaxtdan 29 il keçəndən və qadının 5 uşağı olandan sonra 2018-ci ildə tanımadığı birindən elektron məktub alıb. Məktubda oğlan şirkətlərdən biri vasitəsilə DNT analizi etdirdiyini və onun oğlu olduğunu öyrəndiyini yazıb.
Məlum olub ki, həmin qız sağ qalıb və doğuşdan beş gün sonra başqa evli cütlük tərəfindən övladlığa götürülüb. O hazırda cinsiyyətini dəyişdiyini və övladı, həyat yoldaşı ilə birgə Nyu-Cersidə yaşadığını deyib.
Tina Beharano hadisəyə belə münasibət bildirib: "Onun cinsini dəyişib-dəyişməməsi mənə maraqlı deyil. Nə fərqi var? O, mənim uşağımdır. Mən onun sağ qalmasına sevinirəm”.