“Standard İnsurance”nin nizamnamə kapitalı - ARTIRILDI

“Standard İnsurance”nin nizamnamə kapitalı - ARTIRILDI
 

ASC "Standard İnsurance” Sığorta Şirkətinin nizamnamə kapitalı artırıldı.

Sfera.az  xəbər verir ki, kapital mövqeyinin möhkəmləndirilməsi məqsədilə ASC "Standard İnsurance” Sığorta Şirkətinin yeganə səhmdarı "AB Standard” QSC qərar qəbul edib.

Qərarda yeni səhmlərin emissiya edilməsi yolu ilə Şirkətin nizamnamə kapitalının 1 600 000 (bir milyon altı yüz min) manat həcmində artırılması öz əksini tapıb. Bununla əlaqədar, hər birinin nominal dəyəri 100 (yüz) AZN olan, 16 000 (on altı min) ədəd adi adlı sənədsiz səhmlərin emissiyası dövlət qeydiyyatına alınıb.

2002-ci ilin fevral ayından təsis edilmiş, həmin ilin 21 oktyabr tarixindən etibarən fəaliyyətə başlamış ASC "Standard İnsurance” SŞ öz fəaliyyətini milli, beynəlxalq və korporativ standartların tələblərinə uyğun təşkil etməkdədir. Hazırda şirkət 4 növ icbari, 24 növ könüllü sığorta növü üzrə xidmət göstərir. Şirkət geniş fərdi və korporativ müştəri bazasına malikdir.


OXŞAR XƏBƏRLƏR

DTX tərəfindən saxlanılan “Abu Malik”in - FOTOSU

Xəbər verdiyimiz kimi, Azərbaycan vətəndaşlarını xaricdə xüsusi xidmət orqanlarına əməkdaşlığa təhvil verən, əməkdaşlıq etməyənlərin həmin xarici ölkədə hə...

Kremldən təklif: Tramp və Putin bu şəhərdə görüşsün

Kreml İkinci Dünya müharibəsinin 80-ci ildönümü münasibətilə Çin paytaxtı Pekində keçiriləcək tədbirdə Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidenti Donald ...

Azərbaycanda bu universitetdə yeni təqaüd təsis edildi

Mingəçevir Dövlət Universitetinin (MDU) Elmi Şurasının qərarına əsasən, akademik göstəriciləri ilə fərqlənən, eləcə də sosial həssas qrupa aid olan tələbələrin ...

Culfada avtomobil ana və qızını vurub

Culfada avtomobil ana və qızını vurub.   Sfera.az APA-nın Naxçıvan bürosuna istinadən xəbər verir ki, hadisə gecə saatlarında baş verib. Rayonun Yayc...

Azərbaycanda məktəblərin sayı azalır - Səbəb nədir? - AÇIQLAMA

Azərbaycanda son iki il ərzində orta ümumtəhsil məktəblərinin sayı 76 ədəd azalıb.  Proseslər göstərir ki, məktəblərin sayında azalma davam edə bilər....

Xaricdə təhsil alanlara xəbərdarlıq!

Təhsildə Keyfiyyət Təminatı Agentliyi xarici ölkələrdə təhsil alan və təhsil almaq arzusunda olan tələbələrə müraciət edib.   Bu barədə Sfera.az-a Ag...