"Qarabağ" - APOEL oyununun biletləri satışda

İdman
19:15 / 17.10.2019
4224
"Qarabağ” Avropa Liqasının qrup mərhələsinin üçüncü turunda oktyabrın 24-ü Kiprin APOEL klubunu qəbul edəcək.
Sfera.az xəbər verir ki, qarşılaşmanın biletləri bu gün saat 12:00-dan satışa çıxarılıb. Biletlərin qiymətləri sektorlar üzrə 2, 5, 10, 15, 50 və 75 AZN-dir.
İlk gündə 10 minə yaxın biletin satılacağı ehtimal edilir.
Biletlərin satış məntəqələri:
Tofiq Bəhramov adına Respublika stadionunun kassaları
Gənclik və 28 Mall (iticket satış məntəqəsi)
Park Bulvar AVM (iticket satış məntəqəsi)
ASAN 2, 3 (Yasamal, Amay t/m)
İticket.az (onlayn).