Əməliyyatla qadına çevrilən sabiq hərbçi yenidən kişi olmaq istəyir
Böyük Britaniyada yaşayan 60 yaşlı Piter Bencamin cins dəyişdirilməsi əməliyyatını keçirdikdən sonra yenidən kişi olmaq qərarına gəlib.
"Yeni Sabah" xarici mətbuata istinadən xəbər verir ki, üç dəfə evli olan Piterə 2011-ci ildə gender disforiyası (insanın öz bioloji cinsini qəbul edə bilməməsi) diaqnozu qoyulub. O, 2015-ci ildə kişi cinsiyyət orqanını əməliyyatla götürüb. Dövlət səhiyyə xidməti onun özəl klinikada əməliyyatı üçün on min funt (21 min AZN) ödəyib.
Əməliyyatdan sonra hamı onu Viktoriya adlandırmağa başlayıb. Lakin Piterin həyatı arzuladığı kimi olmayıb. Onda panik ataklar başlayıb və nəticədə içkiyə qurşanıb. Sabiq hərbçi çox keçmədən yenidən kişi olmaq istədiyini başa düşüb. O, bunun səbəbini cinsini dəyişdikdən sonra kifayət qədər psixoloji dəstək almaması və qadınlar arasında özünə dost tapa bilməməsi ilə izah edir. Benjaminin psixoloji vəziyyəti getdikcə pisləşib. O, təcavüzə məruz qalacağından qorxmağa başlayıb.
O, yenidən kişi olmağa qərar verdikdən sonra, evdən 7 kisə qadın paltarı, parik və kosmetika məhsulları atdığını deyib.