Ağcabədidə maşın qoyun sürüsünü vurdu

Hadisə
18:30 / 17.10.2019
2359
Ağcabədidə avtomobil qoyun sürüsünü vurub.
Sfera.az xəbər verir ki, hadisə Mingəçevir-Bəhrəmtəpə yolunun Agcabədi rayonu ərazisindən keçən hissəsində baş verib.
Rayonun Gələbədini kənd sakinləri qoyun sürüsünü yoldan keçirmək istəyərkən həmin yolda yüksək sürətlə hərəkət edən "Hyundai-Sonata" markalı minik avtomobili idarəetməni itirərək sürünü vurub.
Hadisə nəticəsində 10 baş qoyun tələf olub, 11 qoyun isə yaralanıb.
Faktla bağlı araşdırma aparılır.