Övladınızı sizdən xəbərsiz içdən "yeyən" xəstəlik - Vaxtında müalicə olunmazsa... - FOTO

Övladınızı sizdən xəbərsiz içdən

"Filan şeyə toxunsam, mikrob düşər?", "Görəsən, qazı, suyu açıq qoymamışam?", "Ayyaqabılarım, paltarlarım simmetrik olmasa başıma iş gələ bilər", "Bir şeyi 3 dəfə etməsəm, işlərim yolunda getməz...

Əgər bu düşüncələr sizi narahat edirsə, stress keçirməyinizə səbəb olursa, həyat tərzinizə manedirsə obsesiv, komplusiz pozğunluqdan əziyyət çəkirsiniz deməkdir.

Məsələn, birinin əlləri təmiz olmasına rəğmən, onun çirki olduğunu düşünməsi obsessiya, bu düşüncədən qurtulmaq üçün davamlı olaraq əllərini yuması isə kompulsiyadır.

Sfera.az bildirir ki, bu xəstəliyə bizim dildə "vərdiş pozğunluğu" da deyirlər. Uşaqlıqdan başlayan OKP (obsesiv, komplusiz pozğunluq) yaş artıqca müalicə olunmasa, sonradan bütün həyat tərzini dəyişəcək hal alır.

Təmizlik, hərəkəti 3 dəfə təkrarlama, rəqəmlərin uğurlu-uğursuz olduğunu düşünmə, şübhə, nəyisə tez-tez yoxlamaq, simmetriya problemləri kimi narahatlıqlar xəstəliyin əsas əlamətləridir.

Çox zaman 7 yaşda "peyda" olan xəstəlik, əsasən, məsuliyyət hissi yüksək, bacarıqlı, əzmli, gərgin və perfektsionist insanlarda yaranır. Ailədə OKP-dan əziyyət çəkən varsa, xəstəlik onun övladında da özünü biruzə verir.

 

Uşaqlarını tez-tez tənqid edən, onlardan "mükəmməl" olmağını istəyən, ayıb və ya günah kimi qavramları şişirdilmiş formada başa salan valideynlərin övladlarında belə xəstəliklərə daha çox rast gəlinir.

Vaxtında müalicə olunmayan "vərdiş pozğunluğu" insan üçün gələcəkdə psixoloji cəhətdən ciddi problemlər yarada bilər. Bu, təkcə onun özünü yox, ətrafındakı insanları da narahat edən hal alacaq.

OKP-ni davranış terapiyası və dərman müalicəsi ilə təsirli şəkildə müalicə etmək olur. OKP digər psixiatrik xəstəliklərə görə müalicəyə daha müqavimətlidir.(milli.az)


OXŞAR XƏBƏRLƏR

DTX məlumat yaydı - "Bu görüntüləriniz oğurlanırmış..."

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən kibertəhdidlərə qarşı mübarizə istiqamətində kompleks tədbirlər davam etdirilir.   Sfera.az xəbər veri...

Milli Məclisin növbədənkənar iclasının vaxtı açıqlandı

Milli Məclisin növbədənkənar sessisiyası üzrə növbəti iclasının vaxtı açıqlanıb.   Sfera.az xəbər verir ki, bu barədə spiker Sahibə Qafarova məlumat...

MİQ-də qiymətləndirmə bu meyarlarla aparılır

“Müəllimlərin İşə Qəbulu (MİQ) üzrə imtahanda namizədlər fənn, pedaqogika və fənnin tədrisi metodikası üzrə suallar əsasında qiymətləndirilirlər”. ...

"Namizədlər arasında gənclər çoxdur"- MÜTDA rəsmisi

“Üç gündür davam edən imtahan prosesi sabah və növbəti gün də keçiriləcək. 70 minə yaxın müraciətin daxil olması müəllimlik peşəsinə marağın artmasından x...

Bakının bəzi ərazilərində su kəsiləcək - Magistral Kəmər Yenilənir

Bakıda magistral su kəməri yenilənir.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) İri Şəhərlərin ...

“1001 Sevinc”də 1 manata 5 "iPhone 16 Pro Max" uduldu

Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru “Azərlotereya”  oyunçularını sevindirməyə davam edir.  Bu dəfə ...