Boksçu rinqdə aldığı zərbədən öldü - VİDEO

Hadisə
13:43 / 17.10.2019
2160
ABŞ boksçusu Patrik Dey nokautdan sonra komaya düşərək ölüb.
Sfera.az fanat.az-a istinadən xəbər verir ki, 27 yaşlı idmançını Çikaqo şəhərində USBA versiyası üzrə döyüşün 10-cu raundunda həmyerlisi Çarlz Konvey dərin nokauta göndərib. Deyi rinqdən huşsuz vəziyyətdə xərəklə çıxarıblar.
Xəstəxanaya yerləşdirildikdən sonra o, beynindən təcili əməliyyat olunub.
Həkimlərin səylərinə baxmayaraq, Deyin həyatını xilas etmək mümkün olmayıb.