“Maşın”da Lalə ilə Suna arasında QALMAQAL - VİDEO

“Maşın”da Lalə ilə Suna arasında QALMAQAL - VİDEO
 "Maşın”da mübarizə davam edir.  

 

Oxu.Az xəbər verir ki, şounun gedişində Ramal Sunaya səslənərək birlikdə əllərini çəkib oyundan çıxma ideyasını irəli sürüb.  

 

"Qoy avtomobil Laləyə qismət olsun”, - deyən İsrafilov Kasımoğlunu özündən çıxarıb.  

 

"Əgər getmək istəyirsənsə, əlini götür, çıx get, mən hansı səbəbə görə əlimi çəkib, Laləyə avtomobili bağışlamalayam?”, - deyən aparıcı əsəbini büruzə verib. 

 

Ardınca Lalə söhbətə qarışaraq, Sunaya söz atıb. Bundan sonra ikilinin arasında qalmaqal yaşanıb.  

 

Mustafayeva rəqibini ağır sözlərlə "sancıb”:  

 

"Lalənin anası şou ərzində üç dəfə şok yaşadı. Laləni sevən tamaşaçılar səs göndərdiklərinə görə bütün pullarını xərclədilər. Lalə burada "mikro infarkt” keçirdi. Suna isə bunları görüb heç bir reaksiya belə vermədi. Sadəcə susdu. İndi də deyir ki, "niyə yapıyım, yapmıyıcam”. 

 

Suna isə söz altında qalmayıb: "Haqlı və ya haqsız bu yola gəlməyim, vecimə belə deyil. Çöldə görüşməyəcəyim insanlardan biri də sənsən. Səninlə danışmaq istəmirəm, nə burada, nə də çöldə”.  

 

Lalə isə məsələyə belə nöqtə qoyub:  

 

"Məni haqsız çıxartmaq olar, amma sözün düzünü deyəndə Sunanın xoşuna gəlmir”.



OXŞAR XƏBƏRLƏR

Meyxanaçı Ağamirzənin qızı ABŞ-də yaşayırmış

"Əsas nigarançılıq oğlan övladlarından olur. Qız belədir ki, ona nəyisə izah edəndə başa düşür. Lakin oğlan başqa adamlara qoşula bilir".   ...

İrəvanda qasırğa: 2 təyyarə eniş edə bilmir

Ermənistanın paytaxtı İrəvan şəhərində iki təyyarə güclü küləyə görə yerə enə bilmir.   Sfera.az xəbər verir ki, bu barədə “Sputnik Armeni...

Şəhid polkovnik-leytenantın 13 yaşlı qızı vəfat etdi

Vətən müharibəsi şəhidi polkovnik-leytenant Zaur Cəfərovun 13 yaşlı qızı Səlbi Cəfərli bu gün vəfat edib.   Sfera.az xəbər verir ki, yeniyetmə k...

Paytaxt yolları gecə saatlarında keçilməz oldu -SİYAHI

Üç günlük qeyri-iş gününün sonuncu günündə, xüsusilə də Bakı-Sumqayıt şosesi və paytaxta cənub istiqamətdən girişdə yollarda nəqliyyat sıxlığı müşahidə olunur. ...

"Onkoloji xəstə üçün 811-ci növbə nə deməkdir?"

"Bir nəfər yazıb ki, icbari tibbi sığorta ilə MRT (Maqnit Rezonans Tomoqrafiyası) müayinəsindən keçməyə çalışdım. Növbəm 811-ci idi. Özü də ağır xəstəlikdə...

Valideynlərin günahının qurbanı olan UŞAQLAR...

Dünyaya gələn hər uşaq, hər körpə ölkənin qanuni vətəndaşı, tamhüquqlu fərdidir. Bu, normal ailələrdə doğulan, yaxud vətəndaşların qanunsuz, nikaha girmədən dün...