“Barselona” - “Real Madrid” oyununun yeri dəyişdirilə bilər

“Barselona” - “Real Madrid” oyununun yeri dəyişdirilə bilər
 

İspaniya çempionatında IX turun "Barselona” – "Real Madrid” oyununun yeri dəyişdirilə bilər.

Sfera.az xəbər verir ki,  La Liqa rəhbərliyi siyasi liderlərin məhkəmə hökmlərinə etiraz əlaməti olaraq Barselonada keçirilən aksiyalara görə kluba müvafiq sorğu göndərib.

Matç oktyabrın 26-da "Nou Kamp”da baş tutmalıdır. Ancaq təşkilatçı qurum şəhərdəki gərgin vəziyyətin belə vacib görüşün keçirilməsinə mənfi təsir göstərə biləcəyindən qorxur. Ona görə də klublara oyunların yerlərini dəyişdirmək təklif olunub. Yəni, "Barselona”nın ikinci dövrədə "El-Klasiko”ya ev sahibliyi etməsi uyğun görülür.

"Barselona” artıq etiraz aksiyaları səbəbindən bəzi çətinliklərlə üzləşib. Kataloniya təmsilçisinin VIII turda "Eybar”la səfər oyununa avtobusla gedəcəyi gözlənilir. Aksiyalar şəhərdə tıxaclara səbəb olduğu üçün komanda hava limanına yollana bilmir. Daha öncə Xorvatiya millisinin düşərgəsindən qayıdan İvan Rakitiç aeroportdan şəhərə piyada getməli olub.

Qeyd edək ki, "Real Madrid” hazırda 18 xalla liderdir. "Barselona” isə 16 xalla 2-ci sıradadır. 


OXŞAR XƏBƏRLƏR

Qətlə yetirilən qardaşların cənazəsi dəfn üçün Ağcabədiyə gətirildi

Rusiyanın Yekaterinburq şəhərində qətlə yetirilən qardaşlar Ziyəddin və Hüseyn Səfərovların cənazəsi dəfn üçün səhər saatlarında Ağcabədiyə gətirilib.  ...

Azərbaycanda karantin rejiminin uzadılması qərarı qüvvəyə minib - BU GÜNDƏN

Bu gündən Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması ilə bağlı yeni qərar qüvvəyə minib.   Sfera.az xəbər verir ki, Baş na...

İlon Mask ölkədə yeni siyasi partiya yaratmağa çağırıb

Amerikalı milyarder İlon Mask ABŞ prezidenti Donald Trampın hökumət xərclərinin azaldılması ilə bağlı qanun layihəsini tənqid etdiyini təkrarlayaraq ölkədə yeni...

"Onları vəhşicəsinə döyərək evdən çıxarıblar...” - VİDEO

“Onlara o qədər işgəncə verilib ki, bu, insanlığa sığmayan bir hərəkətdir”.   Sfera.az xəbər verir ki, bunu Yekaterinburqda hüquq-mühafiz...

Bu tarixdə görüşəcəklər

İsrailin Baş naziri Benyamin Netanyahu yaxın günlərdə Vaşinqtona səfər edəcək və iyulun 7-də Ağ Evdə ABŞ Prezidenti Donald Trampla danışıqlar aparacaq.  ...

"Torba-torba pul paylayırdım" - Əməkdar artist görün nələr danışdı

"Azərbaycana şounu mən gətirmişəm. İlk şou-proqramı mən yaratmışam və ilk şoumeni mənəm".   Sfera.az xəbər verir ki, bu sözləri Əməkdar art...