Bir günə 7 milyona yaxın izləyici topladı

Dünya
18:34 / 16.10.2019
2851
Dünyaca məşhur aktrisa Cennifer Eniston İnstaqram sosial şəbəkəsində özünə hesab açıb.
Sfera.az qafqazinfo-ya istinadən xəbər verir ki, dünən qeydiyyatdan keçən profil artıq rəsmiləşdirilib.
Maraqlısı odur ki, cəmi bir foto paylaşan Cenniferi izləyənlərin sayı 6 milyon 700 min nəfərə çatıb. Onun dostları ilə paylaşdığı selfisini isə 9 milyona yaxın izləyici bəyənib.