“Azərbaycan Sənaye Bankı”nın xalis mənfəətində böyük artım

“Azərbaycan Sənaye Bankı”nın xalis mənfəətində böyük artım
 

"Azərbaycan Sənaye Bankı” ASC 2019-cu ilin 9 ayını 6 milyon 646 min manat xalis mənfəət ilə başa vurub. Ötən ilin eyni dövrü ilə müqayisədə Bankın xalis mənfəəti 41,2% artıb. "Azərbaycan Sənaye Bankı” ötən ilin eyni dövrünü 4 milyon 705 min manat xalis mənfəət ilə başa vurmuşdu.

 

Sfera.az  Bankın rüblük hesabatlarına istinadən xəbər verir ki, 2019-cu ilin yanvar-sentyabr dövründə "Azərbaycan Sənaye Bankı”nın cəmi gəlirləri 28 milyon 805 min manat, cəmi xərcləri isə 20 milyon 125 min manat təşkil edib. Nəticədə Bankın 8 milyon 680 min manat əməliyyat mənfəəti formalaşıb. Əməliyyat mənfəətində 356 min manat aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayrılıb, 1 milyon 678 min manat mənfəət vergisi ödənilib.

 

Müqayisə üçün qeyd edək ki, 2018-ci ilin yanvar-sentyabr dövründə "Azərbaycan Sənaye Bankı"nın cəmi gəlirləri 23 milyon 445 min manat, cəmi xərcləri 18 milyon 366 min manat, əməliyyat mənfəəti 5 milyon 79 min manat təşkil etmişdi. Beləliklə, "Azərbaycan Sənaye Bankı"nın cəmi gəlirləri və əməliyyat mənfəəti artıb.

 

BANK BÖYÜYÜB

 

31 Sentyabr 2019-cu il tarixində "Azərbaycan Sənaye Bankı” 939 milyon 661 min manat cəmi aktivlərə, o cümlədən 314 milyon 685 min manat kredit portfelinə malik olub. Ötən ilin sonunda Bank 822 milyon 311 min manat cəmi aktivlərə, o cümlədən 285 milyon 949 min manat kredit portfelinə malik idi .

 

"Azərsun Holdinq”ə daxil olan "Azərbaycan Sənaye Bankı” ASC-nin səhmlərinin 98,4252%-i "Anadolu İnvestment Kompani” MMC-yə, 1%-i Leyla Goozala, 0,5748%-i Azərbaycan Sənaye Lizinq Şirkətinə  məxsusdur. 



OXŞAR XƏBƏRLƏR

DTX tərəfindən saxlanılan “Abu Malik”in - FOTOSU

Xəbər verdiyimiz kimi, Azərbaycan vətəndaşlarını xaricdə xüsusi xidmət orqanlarına əməkdaşlığa təhvil verən, əməkdaşlıq etməyənlərin həmin xarici ölkədə hə...

Kremldən təklif: Tramp və Putin bu şəhərdə görüşsün

Kreml İkinci Dünya müharibəsinin 80-ci ildönümü münasibətilə Çin paytaxtı Pekində keçiriləcək tədbirdə Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidenti Donald ...

Azərbaycanda bu universitetdə yeni təqaüd təsis edildi

Mingəçevir Dövlət Universitetinin (MDU) Elmi Şurasının qərarına əsasən, akademik göstəriciləri ilə fərqlənən, eləcə də sosial həssas qrupa aid olan tələbələrin ...

Culfada avtomobil ana və qızını vurub

Culfada avtomobil ana və qızını vurub.   Sfera.az APA-nın Naxçıvan bürosuna istinadən xəbər verir ki, hadisə gecə saatlarında baş verib. Rayonun Yayc...

Azərbaycanda məktəblərin sayı azalır - Səbəb nədir? - AÇIQLAMA

Azərbaycanda son iki il ərzində orta ümumtəhsil məktəblərinin sayı 76 ədəd azalıb.  Proseslər göstərir ki, məktəblərin sayında azalma davam edə bilər....

Xaricdə təhsil alanlara xəbərdarlıq!

Təhsildə Keyfiyyət Təminatı Agentliyi xarici ölkələrdə təhsil alan və təhsil almaq arzusunda olan tələbələrə müraciət edib.   Bu barədə Sfera.az-a Ag...