Güllələndikdən 2 gün sonra həkimə müraciət etdi - Bakıda

Güllələndikdən 2 gün sonra həkimə müraciət etdi - Bakıda
Bakı şəhər sakini Anar Hacıyevə tapançadan açdığı atəşlə xəsarət yetirən Fəzail Qədirov tutulub.
Daxili İşlər Nazirliyindən "Qafqazinfo”ya verilən məlumata görə, hadisə paytaxtın Nəsimi rayonu ərazisində baş verib.
Bakı şəhər sakini Anar Hacıyev fevralın 16-da qarın nahiyəsindən güllə yarası ilə xəstəxanaya gəlib və tibbi yardım göstərildikdən sonra buraxılıb.
Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarış İdarəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə fevralın 14-də saat 21 radələrində S.Vurğun küçəsində yerləşən çayxanalardan birində Bakı şəhər sakini Fəzail Qədirovun münaqişə zəminində tapançadan açdığı atəşlə A.Hacıyevə xəsarət yetirib hadisə yerini tərk etməsi müəyyən edilib. Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində F.Qədirov tutulub.
O, hadisəni "Makarov” markalı tapança ilə törətdiyini və sonradan onu dənizə atdığını bildirib. 
Araşdırmalar aparılır.

OXŞAR XƏBƏRLƏR