Bir qrup insanı illərlə zirzəmidə saxlayan şəxsi həbs edib

Bir qrup insanı illərlə zirzəmidə saxlayan şəxsi həbs edib
 

Niderland polisi bir qrup gənci uzun illər zirzəmidə saxlayan 58 yaşlı avstriyalını həbs edib.

Sfera.az AZƏRTAC-a istinadən bildirir ki, Niderland Krallığının şərqində yerləşən Drente əyalətindəki fermalardan birində altı nəfərin (beş yeniyetmə və gənc, bir nəfər yaşlı) azı doqquz il zirzəmidə saxlandığı müəyyən edilib. Niderland İctimai Televiziyasının (NOS) yaydığı məlumata görə, qonşular həmin ərazidə insanların qapalı şəraitdə saxlandığından xəbərsiz olublar. Zirzəmidə saxlanılanların 15-25 yaş aralığında olduqları bildirilir.

Oktyabrın 15-də gənclərdən biri qəsəbə sakinlərinə müraciət edərək, bacı və qardaşlarının xilas olunması üçün kömək istəyib. Polisə müraciət edən sakinlər gənclərin uzun illər davam edən "zirzəmi həyatı"na son qoya biliblər.

Onların hansı səbəbdən zirzəmidə saxlandıqları araşdırılır.


OXŞAR XƏBƏRLƏR

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...

Şahin Şıxlinski sərbəst buraxıldı

Yekaterinburqda kobud şəkildə saxlanılan “Azərbaycan-Ural” ictimai təşkilatının və Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski sərbəst burax...

Bollivud aktrisası cavanlaşdırıcı iynədən öldü

Bollivudun tanınmış aktrisalarından biri olan Şefali Carivala qəfil vəfat edib.   Sfera.az xəbər verir ki, 42 yaşlı sənətçinin 27 iyun tarixində cava...

"Bu dünyada uşaq gətirmək cəsarət istəyir!" – Nura Suridən üsyan dolu paylaşım

Müğənni Nura Suri paylaşımı ilə sosial şəbəkələrdə diqqət çəkib.   O, yaşadığı dünyadan narahatlığını ifadə edib və son dövrlərdə baş verən hadisələr...