Azərbaycanlı iş adamı Rusiyada yol qəzasında ölüb

Azərbaycanlı iş adamı Rusiyada yol qəzasında ölüb
 

Tanınmış azərbaycanlı iş adamı Əlişah Süleymanov Rusiyanın Çelyabinsk vilayətində baş vermiş yol qəzasında ölüb.

Sfera.az xəbər verir ki,  qəza Plast şəhərinin yaxınlığında baş verib.

"Ruslada" qənnadı şirkətinin sahibi olan Ə.Süleymanovun olduğu "Toyota Land Cruiser" markalı avtomobil xəndəyə yuvarlanıb və sonra aşıb. O, aldığı xəsarətlərdən hadisə yerindəcə keçinib. Sükan arxasında olan təhlükəsizlik müəssisəsinin işçisi xəstəxanaya yerləşdirilib.

Polis iş adamının öldüyünü təsdiqləyib, qəzanın başvermə şəraiti araşdırılır.

Qeyd edək ki, Ə.Süleymanov 1960-cı ildə Azərbaycanda anadan olub, ötən əsrin 90-cı illərində Cənubi Urala köçüb və orada Ural və Sibirdə ən böyük şirniyyat istehsalçılarından və təchizatçılarından biri olan iri holdinqini təsis edib. (Report)


OXŞAR XƏBƏRLƏR

“Həyat yoldaşından küsən qadın çökür”

Xalq artisti Gülyanaq Məmmədova həyat yoldaşından danışıb. Sfera.az xəbər verir ki, “Maqazin plus” yutub layihəsində qonaq olan müğənni on...

"80 milyon insan aclıqla üz-üzə qalacaq" - BMT rəsmisi

Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Haqları üzrə nümayəndəsi iqlim dəyişikliyinin qlobal aclıq böhranını daha da dərinləşdirəcəyini bildirib.   ...

ABŞ bu sahədə Çinə uduzacaq: "Üstünlüyümüz uzun sürməyəcək”

“OpenAI”nin baş direktoru Sam Altman ABŞ Senatında verdiyi açıqlamada Amerikanın süni intellekt (SI) sahəsindəki liderliyinin Çin qarşısında davamlı...

Metro və dəmir yolundan istifadə edənlər üçün SEVİNDİRİCİ XƏBƏR

Böyük şəhərlərin dayanıqlı inkişafında relsli nəqliyyat - metro və dəmir yolu sistemləri ən effektiv həll yollarından biri sayılır.   Sfera.az x...

Nə üçün Bakını ziyarət edək? - "Forbes" Azərbaycandan yazdı

ABŞ-nin məşhur “Forbes” iqtisadi jurnalında Bakı haqqında məqalə-reportaj dərc olunub.   Sfera.az xəbər verir ki, yazıda Bakının tarixi, ...

Azərbaycanlı aktrisadan cəsarətli paylaşım – FOTOLAR

Türkiyədə yaşayan tanınmış aktrisa Nəsrin Cavadzadə yenə də diqqətləri üzərinə çəkməyi bacarıb. Aktrisa bu dəfə başdan-ayağa transparan libas seçimi ilə gündəmə...