“Booker”də qaydalar pozuldu - Mükafat 2 qadın yazıçıya verildi

“Booker”də qaydalar pozuldu - Mükafat 2 qadın yazıçıya verildi

Ən nüfuzlu ədəbiyyat mükafatlarından olan "Booker”in sahibləri bəlli olub. 

"Yeni Sabah” "BBC"yə istinadən bildirir ki, münsiflər bu il qaydalara qarşı gələrək mükafatı 2 yazıçıya - Marqaret Etvud və Bernardina Evaristoya veriblər.

M.Etvud "The Testaments” əsərinə, B.Evaristo isə "Girl, Woman, Other” kitabına görə bu mükafata layiq görülüb. 

79 yaşlı M. Etvud bu mükafatı qazanan ən yaşlı yazar olaraq tarixə düşüb.

B.Evaristo isə "Booker”ə layiq görülən ilk qaradərili qadın və ilk qaradərili ingilis yazıçı olub. 

Qeyd edək ki, 1969-cu ildən bəri verilən mükafatın qaliblərinə 50 min sterlinq ( təxminən 108 min manat) təqdim olunur. 


OXŞAR XƏBƏRLƏR