Körpənizə uşaq qidası seçərkən nələrə diqqət etmək gərəkdir? - Ekspertdən vacib tövsiyələr

Körpənizə uşaq qidası seçərkən nələrə diqqət etmək gərəkdir? - Ekspertdən vacib tövsiyələr

Körpələri qorumaq, onları sağlam olaraq cəmiyyətə buraxmaq öz gələcəyimizin etibarlı əllərdə olmasına təminat vermək deməkdir. Körpələrin sağlam böyüməsi üçün isə onların keyfiyyətli qidalanması şərtdir. Son zamanlar isə azyaşlıların sağlamlığını təhdid edən nəslələr çoxalıb. "Körpələrə verilən qidaların içərisindən qurd çıxdı", yaxud "Vaxtı keçmiş qidalar hələ də satışdadır" və s. bu kimi yazıların tez-tez mətbuatda boy atması bu mənada ciddi narahatlıqların olmasının göstəricisidir. 

Belə qənaətə gəlmək olur ki, ailələr körpələrinə qidalardan gələ biləcək təhlükədən tam sığortalanmamışıq. Öncə qeyd edilməlidir ki, valideyn, birinci növbədə, bilməlidir ki, heç bir süni qida rasionu "ana südünü" əvəz edə bilməz. Əgər körpələrinizin sağlam böyüməsini istəyirsinizsə, süni qidalardan uzaq durmalısız. Yox əgər zərurətdən uşaq qidası almaq məcburiyyətindəsinizsə, onda diqqət yetirməli olduğunuz amillər var.

Təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nureliyev hesab edir ki, birinci növbədə, uşaq yeməklərini aldığınız yerin (market , aptek və s.) sanitar gigiyenik normalara necə riayət etdiyinə baxmaq lazımdır. Yəni təmizlik, səliqə-səhman, malların düzgün düzülüşü, içəridə olan havalandırma və ən əsası nəmişliyin olmamasına diqqət etmək lazımdır: "Daha sonra aldığınız uşaq yeməyinin qabının əzik, qapağı zədələnmiş olmamasına, üzərində olan yazıların tam aydın oxunaqlı vəziyyətdə olmasına mütləq diqqət etmək lazımdır. Əgər bu kimi hallar ilə qarşılaşırsınızsa, həmin malı almamaq lazımdır. Digər bir tərəfdən isə uşaq yeməyinin üzərində olması vacib olan məlumatların qeyd edilməsinə diqqət etmək lazımdır. Bunlar məhsulun istehsal tarixi, istehsalçı şirkətin adı və ünvanı, mənşəyi, enerji dəyəri, kimyəvi tərkibi, saxlama şəraiti, yararlılıq müddəti və məhsulun hazırlanmasında uyğunluq dərəcəsinin beynəlxalq sertifikatlaşdırma tələbinə əsasən hazırlanması qeydlərinin olmasına diqqət etmək lazımdır.

Ekspertin qənaətincə, süni yeməklərin seçilməsində, uşaq həkimlərinin rolu da danılmazdır. Ancaq uşaq həkimləri valideynə gərək düzgün yol da göstərsin, süni uşaq qidalarının zərərlərini desin, onlara ana südünün əvəzolunmazlığını izah etsin: "Təəssüflər olsun ki, bir çox pediatrlar körpə qidaları satışı ilə məşğul olan firmalarla əlaqəyə girirlər və onların məhsullarını valideynlərə təklif edirlər. Pediatrlar bu məsələyə daha həssas yanaşmalıdırlar".

 

Digər məsələ isə valideynin uşaq yeməyini alıb evə gətirərkən onun saxlanma şəraitinə düzgün əməl etməsidir. E.Nurəliyev deyir ki, evdə saxlanma qaydalarına əməl etmədikdə, həmin qida körpənin orqanizminə ciddi fəsadlar verə bilər: "Digər qida məhsulları kimi uşaq yeməklərini də bir çoxumuz məxtbəxtdə saxlayırıq. Ancaq onu qeyd edim ki, evdə bəlkə də ən isti yer mətbəxt olur. Gün ərzində bişirilən yeməklərdən və hazırlanan şirniyyatlardan qaz peçinin necə istilik verdiyini yaxşı bilirik. Onu da bilməyimiz gərəkdir ki, uşaq yeməklərini saxlamağımız üçün tempratur 25 dərəcədən çox olmalı deyil. Ən əsası isə nəmişli otaqda uşaq yeməyini, ümumiyyətlə, saxlamaq olmaz. Uşaq yeməyini düzgün saxlama normalarına riayət olunmazsa, kiflənmə, mikroorqanizmlərin təsiri ilə məhsulun kimyəvi tərkibinin dəyişməsinə səbəb olar. Bunu isə uşağa vermək olmaz. Körpə qidaları ilə bağlı bir nüansı da diqqətinizə çatdırmaq istəyirəm ki, əksər valideynlər özləri sağlam qidalanmaya üstünlük verdikləri üçün broyler toyuğu yemirlər. Ancaq, çox valideyn bilmir ki, demək olar ki, süni uşaq qidalarının əksəriyyətinin tərkibində broyler toyuqlarının tez bir zamanda yetişməsi üçün verilən yemin tərkibində olan maddə var. Özünüz yemirsiz, ancaq bilmədən uşağa yedizdirirsiz. Ona görə hesab edirəm ki, valideynlər mümkün qədər süni körpə yeməklərindən istifadə etməməli, zərurətdən istifadə edərlərsə, məhsulu seçərkən diqqətli olmalıdırlar". (milli.az)


 


OXŞAR XƏBƏRLƏR

Qusmandan Əliyevə TƏKLİF

TASS-ın baş direktorunun birinci müavini Mixail Qusman cari ilin noyabrında Azərbaycan Prezidenti İlham Əliyevin medianın inkişafındakı rolu haqqında konfrans k...

Azərbaycanda 7 130 məzun fərqlənmə attestatı alıb

2024/2025-ci tədris ilində ümumi orta təhsil səviyyəsi üzrə 150 072 nəfər məzun adi attestat, 7 130 nəfər isə fərqlənmə attestatı alıb.   Sfera.az x...

Süni intellektlə 500 mindən çox izləyici qazandılar

Yeni rok qrupu “The Velvet Sundown” cəmi iki həftə ərzində “Spotify”da 500 mindən çox aylıq dinləyici qazanıb və bir ayda iki albom bura...

Milli mətbuat günü münasibətilə intellektual yarış keçirildi - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən media mənsubları üçün “Mediada rəqabət&...

Zaur Nəbioğlu verilişində tanınmış aktyorun nəvəsinə iş verdi

  ATV telekanalında yayımlanan "Rəngarəng" verilişində maraqlı anlar yaşanıb.   Sfera.az xəbər verir ki, veriliş zamanı "...

Ölkəyə gizli yolla külli miqdarda kərə yağı və tük tökülməsi üçün vasitə gətirən şəxs yaxalandı

Azərbaycana gizli yolla külli miqdarda kərə yağı və püstə gətirən şəxs yaxalanıb.   Sfera.az “oxu.az”a istinadən xəbər verir ki, had...