Gənc müəllim tələbə qızın qaçırılmasına etiraz etdi, təhqir olundu - VİDEO - FOTO

Gənc müəllim tələbə qızın qaçırılmasına etiraz etdi, təhqir olundu - VİDEO - FOTO

Gürcüstanın azərbaycanlılar yaşadığı Qardabani rayonunun Kalinino kəndində təhsil almaq istəyən qızların zorla qaçırılmasına etiraz edən gənc müəllim üzr istəməyə məcbur edilib.

Sfera.az qafqazinfo-ya istinadən xəbər verir ki, Həmid Sadıx adlı müəllim Feysbuk-da status yazaraq Təzəkənd kəndində dərs dediyi və bu il ali məktəbə qəbul olan qız şagirdinin avtobus dayanacağından zorla qaçırıldığını deyib:

"Vaxtilə dərs dediyim şagirdlərimdən birini zorla qaçırıblar. Bu gün universitetə ilk addımını atacaqdı, dayanacaqdan qaçırıblar. Bax belə murdar, əclaf adamlardan ibarətdir bizim icma. İndi ağsaqqallar düşəcək ortaya ki, barışın getsin".

Bundan sonra gənc müəllimə təzyiqlər başlayıb və kənd əhalisi bir yerə toplaşaraq Həmid Sadıxı da camaatın içərisinə gətiriblər. Orada gənclər onu döyməklə hədələyiblər. Gürcüstan televiziyasının hazırladığı reportajda görünür ki, cavan oğlanlar Həmid Sadıxın üzərinə hücum etmək istəyəndə kənardan "döymə" çağırışları eşidilir.

Burada kişilər gənc müəllimi onlardan üzr istəməyə məcbur ediblər və bunu videoya çəkərək sosial şəbəkələrdə yayımlayıblar. Bundan sonra isə vətəndaşlar müəllim Həmid Sadıxın müdafiəsi, gənc qızların zorla ərə verilməsinə etiraz üçün kampaniya başladıblar.

Gənclər #MənHəmidəm #MüəlliməToxunma həştəqləri ilə paylaşımlar etməyə başlayıblar. Həmid Sadıx daha sonra paylaşım edərək ümumi kənd əhalisini yox, zorakılığı, zorakılığa bəraət verənləri və vermək istəyən şəxləri təhqir etdiyini bildirib.


OXŞAR XƏBƏRLƏR

Nə üçün Bakını ziyarət edək? - "Forbes" Azərbaycandan yazdı

ABŞ-nin məşhur “Forbes” iqtisadi jurnalında Bakı haqqında məqalə-reportaj dərc olunub.   Sfera.az xəbər verir ki, yazıda Bakının tarixi, ...

Azərbaycanlı aktrisadan cəsarətli paylaşım – FOTOLAR

Türkiyədə yaşayan tanınmış aktrisa Nəsrin Cavadzadə yenə də diqqətləri üzərinə çəkməyi bacarıb. Aktrisa bu dəfə başdan-ayağa transparan libas seçimi ilə gündəmə...

Rusiya-Ukrayna müharibəsində dönüş olacaq?: "Zaman bu ölkənin xeyrinə işləyir"

Ukrayna və Rusiya prezidentlərinin danışıqlara başlanılması ilə bağlı verdiyi açıqlamalar münaqişənin həllində dönüş olacağına dair ümidlər yaradıb. Bəzi mülahi...

Hindistanda 32 hava limanı yeni işlək hala gəldi

Hindistan hakimiyyəti Hindistan-Pakistan sərhədində artan gərginlik fonunda əvvəllər bağlanmış 32 hava limanının fəaliyyətini bərpa etmək qərarına gəlib. &nb...

Müğənni Nigar “Vətən Müharibəsi iştirakçısı” medalını necə alıb? - FOTO

Müğənni Nigar Rəhimova "Vətən Müharibəsi iştirakçısı" medalı ilə təltif edilib.   Sfera.az xəbər verir ki, bu barədə Nigar Rəhimova öz...

ABŞ və Çin 90 günlük razılığa gəldi

ABŞ və Çin 90 gün müddətinə ticarət rüsumlarını qarşılıqlı azaltmaq barədə razılığa gəliblər.   Sfera.az xəbər verir ki, ABŞ Maliyyə Naziri Scott Bes...