Azərbaycanda müğənni övladını həmkarına hədiyyə verir: “Danışdıq, razılaşdıq” - VİDEO

Azərbaycanda müğənni övladını həmkarına hədiyyə verir: “Danışdıq, razılaşdıq” - VİDEO
 

Azərbaycanda efirdə hələ doğulmamış uşağın ana tərəfindən başqasına hədiyyə verilməsi ilə bağlı maraqlı hadisə yaşanıb. Belə ki, "Xəzər” TV-də yayımlanan "Hər şey daxil” proqramında müğənni Dəniz dünyaya gələcək övladını ana ola bilməyən həmkarına verəcəyini bildirib. Müğənninin bu sözləri tamaşaçıların və sosial şəbəkə istifadəçilərinin sərt reaksiyasına səbəb olub.

"İkinci dəfə ana olmağa hazırlaşıram. Oğlum olsa, onu Mənzurə xanıma hədiyyə edəcəm. Bununla bağlı Mənzurə xanımla danışdıq, razılaşdıq. Mən doğma övladımı hədiyyə kimi Mənzurə xanıma verəcəm”, - deyə müğənni qeyd edib.  

Uşağın başqa birinə hədiyyə verilməsi doğrudurmu? Bu cür hadisələr hansı hallarda baş verə bilər? 

 

Sfera.az bildirir ki, Oxu.Az-a danışan "Təmiz Dünya" İctimai Birliyinin sədri Mehriban Zeynalova bildirib ki, ana uşağını hədiyyə verə bilməz:

"Uşaq əmlak deyil. Bunu yalnız dövlət orqanları müəyyənləşdirə bilər. Uşaq böyüyəndə özü kimlə yaşamaq istədiyi barədə qərar verməlidir.

Uşağın hədiyyə verilməsi zorakılığın ən pis formasıdır. Satmaqla hədiyyə verməyin nə fərqi var? Bu uşağı ya dünyaya gətirməsinlər, ya da özləri böyütsünlər. Dövlətə də verə bilərlər. O zaman dövlət uşağın qayğısına qalacaq.

Hesab edirəm ki, belə getsə, bu hallar haqqında cinayət tərkibi müəyyən olunacaq. Çünki uşaqların qanunsuz verilməsi cinayətdir”.   

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən qeyd edilib ki, uşaqların doğulduqdan sonra kiməsə verilməsi övladlığa götürmədir:

"Bu hal daha çox qohumlar arasında baş verir. Uzun illər övladı ola bilməyən cütlüklər qohumlardan kömək istəyir. Belə ki, biri digərinin uşağını övladlığa götürür”.

]


OXŞAR XƏBƏRLƏR

Meyxanaçı Ağamirzənin qızı ABŞ-də yaşayırmış

"Əsas nigarançılıq oğlan övladlarından olur. Qız belədir ki, ona nəyisə izah edəndə başa düşür. Lakin oğlan başqa adamlara qoşula bilir".   ...

İrəvanda qasırğa: 2 təyyarə eniş edə bilmir

Ermənistanın paytaxtı İrəvan şəhərində iki təyyarə güclü küləyə görə yerə enə bilmir.   Sfera.az xəbər verir ki, bu barədə “Sputnik Armeni...

Şəhid polkovnik-leytenantın 13 yaşlı qızı vəfat etdi

Vətən müharibəsi şəhidi polkovnik-leytenant Zaur Cəfərovun 13 yaşlı qızı Səlbi Cəfərli bu gün vəfat edib.   Sfera.az xəbər verir ki, yeniyetmə k...

Paytaxt yolları gecə saatlarında keçilməz oldu -SİYAHI

Üç günlük qeyri-iş gününün sonuncu günündə, xüsusilə də Bakı-Sumqayıt şosesi və paytaxta cənub istiqamətdən girişdə yollarda nəqliyyat sıxlığı müşahidə olunur. ...

"Onkoloji xəstə üçün 811-ci növbə nə deməkdir?"

"Bir nəfər yazıb ki, icbari tibbi sığorta ilə MRT (Maqnit Rezonans Tomoqrafiyası) müayinəsindən keçməyə çalışdım. Növbəm 811-ci idi. Özü də ağır xəstəlikdə...

Valideynlərin günahının qurbanı olan UŞAQLAR...

Dünyaya gələn hər uşaq, hər körpə ölkənin qanuni vətəndaşı, tamhüquqlu fərdidir. Bu, normal ailələrdə doğulan, yaxud vətəndaşların qanunsuz, nikaha girmədən dün...