"Qarabağ"lı futbolçu İngiltərə ilə oyunu da buraxacaq
İdman
17:35 / 14.10.2019
1438
"Qarabağ"ın futbolçusu Simeon Slavçev Bolqarıstan millisinin heyətində AÇ-2020-nin seçmə mərhələsində İngiltərə ilə ev oyununu buraxacaq.
Sfera.az bildirir ki, Monteneqro ilə oyunu xəstələndiyi üçün buraxan 26 yaşlı yarımmüdafiəçi tam hazır olmadığı üçün meydana çıxmayacaq.
Bolqarıstan - İngiltərə oyunu Bakı vaxtı ilə 22:45-də başlayacaq.